Əsas Səhifə > Güney Press / Manşet > İMİŞLİ SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

İMİŞLİ SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ


12-04-2012, 16:51
İMİŞLİ SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

SEÇİCİLƏRİNDƏN DEPUTAT ÇİNGİZ QƏNİZADƏYƏ AĞIR İTTİHAMLAR

DİA.AZ: - Millət vəkili Çingiz Qənizadə ilə seçicilərinin çəkişməsi davam edir. Bu gün bir qrup İmişli sakininin prezident İlham Əliyevə, Milli Məclisin İntizam Komissiyasına, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və В«KürВ» Vətəndaş Cəmiyyəti Qərargahına ünvanladıqları müraciətləri DİA.AZ-a daxil olub. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli cənab prezident!
Hörmətli cənablar!
19 mart 2012-ci ildə KİV-də Çingiz Qənizadə adlı şəxs Azərbaycan xalqının əziz bayramı olan Novruz gecəsi bizləri təbrik etmək əvəzinə bizi ağır cinayətdə - dövlətə təzyiq göstərməkdə, haqsız olaraq yeni evə sahib olma arzusunda ittiham etdi. Öyrəndik ki, adam 80 saylı DSK-dan İmişlinin, özü ağdaşlı və keçmiş В«cəbhəçiВ» kimi millət vəkili imiş. Amma o, öz çıxışı ilə millətin yox, İmişli RİH başçısının köməkçisi, müavini və vəkili kimi çıxış edir. bizim balalarımız, əzizlərimiz vətən uğrunda şəhid olanda, özlərini erməni-rus birləşmələrinin güllələrinə sipər edəndə bu В«cəbhəçiВ» Bakının prokuroru В«işləyirdiВ». Mərhum ulu öndər Heydər Əliyevin dövründə isə etdiyi cinayətlərə görə həbsdə olub…

Çingiz Qənizadə öz çıxışında İmişli ahıllarına, öz haqqını tələb edənlərə, haqq-ədalət istəyənlərə böhtan atıb, onları aşılamaqdan çəkinməmiş, bununla da imişliləri üsyana təhrik edib. Qənizadə yazır ki, İmişlidə 809 ev tikilib, sonra yazır ki, Kür-Araz çayı Çaxırlı, Gövhərli, Murğuzallı, Rəsullu, Məzrəli kəndləri və şəhər ərazisində keçmir. Məlum sərəncamın təsiri altına düşmür. O, İmişliyinin relyefini, coğrafiyasını, ərazisinin Kür-Araz ətrafında olduğunu bilmir. Ağdaşla İmişlini qarışıq salır.

…Şeyxlik edən Çingiz müəllim, bəs bizim evlərin ətrafında, əhatəmizdə tikilən evlər niyə tikilib? Bizlərin başçıya verəsi paramız yoxdur deyə, siz Arazı deyəsən İraqa, Türkiyəyə, Əfqanıstana axıdarsınız ki, təki Əbülfəz Ağayevə haqq qazandırmaq şərəfinə nail olasınız.

Cənab Prezident, Qənizadə Sizin 19 may 2010-cu il sərəncamınıza, FHN-nin gördüyü işlərə kölgə salır. İcra başçısı Ə.Ağayevin işində yol verdiyi nöqsanları FHN-nin ayağına yazmaqla başçıya yarınır. O, bilmir ki, İmişlidə tikilən evlərin böyük əksəriyyəti sizin 19 may sərəncamınıza uyğun olaraq 2010-cu ilin yazında İmişlidə baş vermiş güclü leysan yağışları və qrunt sularının təsirinə məruz qaldığına görə inşa edilir.

Biz etmişik ki, hesabatçı məmur В«hüquq müdafiəçisiВ»dir. Biz onun hüquq müdafiəçisi olmağına 100% şübhə edirik. Əsl hüquq müdafiəçisi, veteran və şəhid ailələrinin müdafiəsini təşkil edən В«KürВ» Vətəndaş Cəmiyyətidir ki, Çingiz onlara da böhtan atır. Oğru elə bağırdı, doğrunun bağrı yarıldı. O, elə bilir ki, В«KürВ» Cəmiyyəti də onun kimi В«hüquq müdafiəçisiВ»-dir. Biz В«KürВ»ün timsalında bu ölkədə əsl hüquq müdafiəçilərini, əslində millətin vəkillərini gördük. Nə Çingiz Qənizadə, nə Əsabil Qasımov bizlərin vəkilləri deyil, onlar icra başçısı və məmurların vəkilləridir. Yaxşı ki, Əsabil Qasımov susur, çünki o, əslən imişlilidir. Az-çox yoxsulları arada arayır.

Möhtərəm prezident!
Hörmətli Millİ Məclis üzvləri,
Xahiş edirik, Çingiz Qənizadənin İmişli sakinləri ilə bağlı işlətdiyi qeyri-etik, böhtan xarakterli yazılarına qiymət verib, lazımi ölçü götürəsiniz”.

Onu da bildirək ki, redaksiyamız Çingiz Qənizadənin də mövqeyini işıqlandırmağa hazırdır.



İMİŞLİ SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ
İMİŞLİ SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Geri qayıt