Əsas Səhifə > Cəmiyyət > ABDULLA ABDULLAYEV AZƏRBAYCANDAN QAÇIR

ABDULLA ABDULLAYEV AZƏRBAYCANDAN QAÇIR


12-04-2012, 15:03
ABDULLA ABDULLAYEV AZƏRBAYCANDAN QAÇIR

İŞ ADAMI BÜTÜN MÜLKLƏRİNİ SATIŞA ÇIXARDI

Məşhur iş adamı, «A.M.A,Y» şirkətlər qrupunun prezidenti Abdulla Abdullayev biznesini Türkiyəyə köçürür. Bu barədə məlumat iş adamına yaxın şəxslərdən biri tərəfindən verilib. Məlumata əsasən bir qədər əvvəl «Texnikabank» la məhkəmə çəkişməsindən sonra həbsdə olan yaxın adamlarını azadlığa çıxara bilən iş adamının qarşısına şərt də qoyulub. GUNDEMİNFO.AZ-ın məlumatına görə şərtlərə əsasən «Texnikabank» rəhbəri Etibar Əliyevin həbsindən sonra adamlarını azadlığa çıxara bilən Abdullayev hakimiyyətdəki yüksək çevrələrlə razılaşaraq ölkədən getmək qərarı verib. «Onun qarşısında şərt qoyulub ki, adamlarını azadlığa buraxırıq. Amma Xətai rayonundakı «A.M.A.Y» ticarət mərkəzini satmalısan. Özün də bir müddət ölkədən çıxmalısan» deyə həmsöhbətimiz bildirdi.

Maraqlıdır ki, bu məsələ ilə bağlı olaraq aldığımiız digər məlumatda isə A.Abdullayevin Bakı şəhərində inşa etdirdiyi bir neçə yarımtikili halında olan binasını da satışa çıxarıb. Hətta bu binalara müştəri olaraq baxıb ilkin sövdələşmələrdə iştirak edə niş adamları da olub.

Hələlik Abdulla Abdullayevin «A.M.A.Y» Ticarət və Əyləncə Mərkəzini kimə təklif etdiyi barədə rəsmi məlumatlar olmasa da, bildirilir ki, türkiyəli iş adamları ilə ilkin qiymətləndirmə və danışıqlar da aparılıb.

Digər bir xəbərə görə isə, uzun illər Türkiyədə yaşamış və bir neçə ay əvvəl Demokratik İslahatlara Vətəndaş Dəstəyi (DIVD) İctimai Birliyini təsis edərək A.Abdullayevi də onun başına çıxarmış Elçin Səlcuq da artıq Azərbaycanı tərk edib. Onun da iş Adamı ilə birlikdə Türkiyəyə yollandığı söylənilir. Xəbərdə deyilir ki, hətta A.Abdullayevin göstərişi ilə Demokratik İslahatlara Vətəndaş Dəstəyi (DIVD) İctimai Birliyinin Ədliyyə Nazirliyinə qeydiyyat üçün təqdim edilmiş sənədləri də geri alınıb.


Geri qayıt