Əsas Səhifə > Hadisə > ZAKİR QARALOV RÖVNƏQ ABDULLAYEVƏ QARŞI

ZAKİR QARALOV RÖVNƏQ ABDULLAYEVƏ QARŞI


12-04-2012, 12:56
ZAKİR QARALOV RÖVNƏQ ABDULLAYEVƏ QARŞI

“AZƏRİQAZ”IN BORC ŞİŞİRTMƏSİNƏ CİNAYƏT İŞİ AÇILDI

Baş Prokurorluq növbəti korrupsiya cinayətləri ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Bakı şəhəri, Nəsimi rayon Qaz İstismarı İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş təqdimat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, “Azəriqaz” İstehsalat Birliyi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə edilmiş təbii qaza görə Nəsimi rayon Qaz İstismarı İdarəsinə yaranmış 295.724 manat əsas borc məbləğinin ödənilməsini tələb edib.

Həmin müraciət 1 saylı Bakı İnzibati-İqtisadi və Bakı Apellyasiya məhkəmələrində araşdırılarkən Nəsimi rayon Qaz İstismarı İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktların saxtalaşdırılaraq institutun əsas borc məbləğinin 33.531 manat olduğu halda 295.724 manat kimi göstərilməsi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Geri qayıt