Əsas Səhifə > Sosial, Manşet > «ZİYA MƏMMƏDOVUN PULU ONSUZ DA ÇOXDUR»
«ZİYA MƏMMƏDOVUN PULU ONSUZ DA ÇOXDUR»10-10-2011, 11:56 |
DYP İŞÇİSİ: «ONLARI RADAR GÖRMÜR» DİA.AZ: - Son zamanlar dövlət yol polisinin əməkdaşları «avtoh» kimi tanınan avtoxuliqanlara qarşı bir kampaniyaya start veriblər. Təbii ki, bütün bu önəmlər sırf olaraq artmaqda olan yol qəzalarının sayının azaldılmasına xidmət edir. Amma buna baxmayaraq «avtoş»lar hələ bir problem olaraq qalmaqdadır. Məsələn, bu günlərdə redaksiyamıza məlumat verən Bakı sakinlərindən biri gözlərinin şahidi olduğu bir faktı açıqladı: «Bir neçə gün əvvəl DYP-yə aid maşın «avtoş»un idarə etdiyi «VAZ-2107» markalı maşını şəhərin mərkəzi ilə qovsa da, ona yetişə bilmirdi. Nəhayətdə DYP əməkdaşı meqafon vasitəsilə «avtoş»a müraciət etməyə başlayır. Və maraqlıdır ki, digər sürücülərlə sərt formada danışan polis bu dəfə «avtoş»la çox ehtiyatlı idi. Ona «səndən xahiş edirəm, maşını ver qırağa səslə» deyə çağırış etsə də, avtoxuliqan polisə məhəl qoymadan uzaqlaşdı». Yəni əslində DYP-nin «avtoş»larla münasibətində də ciddi problemlər yaşanmaqdadır və bu da onların xahiş dilində danışmasından da açıq-aydın görünür. DYP işçilərinin ehtiyat etdiyi digər təbəqə isə təbii ki, məmurlr və onların yaxınlarıdır. Elə onlar da avtoş kimi bir nəsnədirlər. Hər halda, «Dünya» İnformsiya Agentliyi redaksiyasına (dia-az.site) öz gördüklərini bölüşən taksi sürücülərindən birinin söylədikləri də dediklərimizi təsdiqləyir. Muradxan Əbilov 42 ildir ki, Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərir. Narahat olduğunu bildirir. Çünki ailəsinin dolanışığı özünün dili ilə desək, altındakı köhnə sovet «jiquli»si ilə etdiyi «xaltura»dan çıxır: «Amma nəqliyyat naziri Ziya Məmmədov bizim maşınların taksi kimi işlədiyini görəndə utanır. Deyirlər ki, gələn ilin yanvarından bizə taksi kimi xidmət göstərməyi qadağan edəcəklər. Mən də bilmirəm, bundan sonra ailəmi nə ilə dolandıracam». «Yeni taksilərdə niyə işləmirsiniz» sualımızın cavabında isə Muradxan dayı bunları sölədi: «Mən Ziya Məmmədova nökərçilik edən deyiləm. Ailəmin ruzisini niyə onunla paylaşım? Məgər asfaltdan, avtobuslardan və başqa yerlərdən az qazanırdı ki, bizim də boğazımıza şərik olur?» Onu d xatırladaq ki, ümumilikdə olaraq Bakıya 3000 ədəd yeni taksilərin gətirilməsi nəzərdə tutulur və bu ilin sonuna qədər həmin taksilərin 1000-i paytaxt yollarında olmalıdır. Çox aşağı keyfiyyətdə olan bu taksilərin hesabına nəqliyyat nazirinin nə az nə çox 20 milyon ABŞ dolları qədərində qazanc etdiyi də söylənilir. Bakının «Avroviziya-2012» mahnı yarışmasına ev sahibliyi etməsi səbəbindən isə paytaxt küçələrində digər markalı maşınların taksi kimi xidmət göstərməsinin qadağan ediləcəyi də gözlənilir. Elə bu da həmin taksiləri işlədən sürücülərdə narahatçılıq yaradıb. Muradxan dayı sonra da DYP əməkdaşlarından danışdı: «Onlar da ki, bizə qənim kəsiliblər. Əllərindən tərpənə bilmirik. Rüşvəti deyirdilər ki, guya yığışdırıblar. Cəmi 2-3 ay belə oldu. İndi özləri açıq şəkildə pul tələb edirlər». Həmsöhbətimiz bildirdi ki, bu yaxınlarda Qubaya müştərisi olub: «Keçən ayın 24-ü idi. Müştərim tələsdiyindən maşını bərk sürəsi oldum və yolda radara düşdüm. DYP işçisi məni saxladı. Mənə cərimə yazarkən birdən yanımızdan vıyıltı ilə bir kortec keçdi. Məlum oldu ki, nəqliyyat naziri Ziya Məmmədovun kortecidir. Həmin vaxtı prezident də Qubada idi. Yəqin ora tələsirmiş. Amma o da radara düşdü. 210 sürətlə. Mən də DYP işçisinə dedim ki, niyə onu saxlamırsan, amma məni saxlayırsan? Mənə dedi ki, onlar radara düşmürlər». Əslində məmurların korteclərindən şikayətlərinin çox olduğunu bildirən taksi s sürücüsü söylədi ki, dəfələrlə ya bir məmurun, ya da məmur oğlunun qəza törətdiyinə şahidlik edib: «Bir neçə il əvvəl Rövnəq Abdullyevin maşını metronun «Gənclik» stansiyası yaxınlığında qəza törətdi. Və bir qızın idarə etdiyi maşını vurdu. Amma yenə sağ olsun. Maşından düşdü və qızın maşınının bütöv pulunun verilməsi barədə göstəriş verdi. Yəni qıza təptəzə maşının pulunu verdilər». Bir dəfə də keçmiş spiker Rəsul Quliyevin qəza törətdiyini danışan Muradxan dayı bildirdi ki, Rəsul Qulyevin maşını o vəzifədə olarkən bir uşağı vurub: «Doğrudur, Rəsul Quliyev həmin uşağın ayağa durması üçün şəxsən pul xərclədi. Amma nə faydası, hələ də həmin uşaq şikəstdir və «Nizami» stansiyasının arxasındakı məsciddə dilənir». Beləcə, sinəsi dolu olan taksi sürücüsü prezident İlham Əliyevə müraciətinin də olduğunu bildirdi: «Biz kasıb adamlarıq. Başqa gəlir yerimiz yoxdur. Əlimizdən də başqa iş gəlmir. 42 ildir ki, ailəmi bu dəzgahla dolandırıram. İmkan verməyin ki, mənim kimilər ac qalsın. Ziya Məmmədovun pulu onsuz da çoxdur». Geri qayıt |