Əsas Səhifə > Hadisə, Manşet > «PULUN VARSA, ÖVLADIN MƏKTƏBDƏ OXUYA BİLƏR!»
«PULUN VARSA, ÖVLADIN MƏKTƏBDƏ OXUYA BİLƏR!»10-04-2012, 16:51 |
ORTA MƏKTƏBLƏRDƏ İNDİDƏN GƏLƏN İL ÜÇÜN PUL YIĞMAĞA BAŞLAYIBLAR DİA.AZ: - Kasıb olmaq hər mənada dəhşət imiş. Nə yaşayışını təmin edə bilirsən, nə də gələcəyini qura bilirsən. Ailəli olduqda isə bu dəhşətin ağırlığı özünü daha da çox hiss etdirir. Elə redaksiyamıza müraciət edən paytaxt sakini Muradov Cəsarət də kasıbçılıqdan şikayət edir. Şikayətçinin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, bu il böyük oğlunun yaşı orta məktəbin birinci sinfinə düşür: «Dərdim də elə buradan başlayır. Orta məktəb tapmaqda çətinlik çəkirəm. Hansı məktəbə sənəd təqdim etmək istəyirəmsə, məndən pul istəyirlər. Ən yaxşı halda 500 manatın olmalıdır ki, uşağını birinci sinfə qoya biləsən. Bəs deyirdilər ki, bizdə təhsil pulsuzdur? Hanı pulsuz təhsil?» Şikayətçi bildirir ki, yoxlamaq məqsədilə el arasında «varlıların məktəbi» kimi tanınan Bakı şəhər icra hakimiyyətinin binası qarşısında yerləşən 132 saylı orta məktəbə də müraciət edib: «Məndən elə çox pul istədilər ki, elə bildim övladım artıq orta məktəbi bitirib və mən onu pul gücünə hansısa ali məktəbə yerləşdirmək istəyirəm. Belə də biabırçılıq olmaz axı»… Onu da bildirək ki, redaksiyamıza bu kimi şikayətlər son günlər daha da artıb. Və C.Muradov bildirir ki, məktəblərin birinin direktoru isə ona konkret cavab verib: «Mənə dedi ki, ora-bura şikayət etməyim. Hər yerdə belədir. Və əgər pulum varsa, övladımı məktəbdə oxuda bilərəm. Yoxdursa, övladım təhsilsiz qalacaq»… Geri qayıt |