Əsas Səhifə > Siyasət, Manşet > VƏHABİLƏR AZƏRBAYCANI HƏDƏLƏDİLƏR
VƏHABİLƏR AZƏRBAYCANI HƏDƏLƏDİLƏR10-04-2012, 13:04 |
BU DA OLACAQDI; MƏMURLARIN HİMAYƏ ETDİYİ QÜVVƏLƏR TERROR ƏSDİRİR DİA.AZ: - Son günlər Azərbaycanda fəallaşan vəhabilər rəsi Bakını terrorla hədələyiblər. Artıq bu barədə rəsmi mövqelərini də diqqətlərə çatdırıblar. Onu da bildirək ki, Gəncədə baş verən olayların və eləcə də digər bölgələrdə həyata keçirilən həbslərin ardından vəhabilərin fəallaşacağı şübhəsiz idi. Artıq bunun ilkin simptomları da görünməkdədir. DİA.AZ olaraq əldə etdiyimiz məlumatlardan da aydın olur ki, bir qrup məmurun himayəsi altında dünənə qədər meydan sulayan vəhabilər bu gün əməlli-başlı təhlükəyə çevriliblər. Qeyri-rəsmi məlumatlara görə, sayları artıq 20 min nəfərə çatan vəhabilər Azərbaycanda iki qrupa - xavariclərə və sələfilərə bölünüb. Vəhabiliyin nisbətən yumşaq qol kimi tanına sələfilərə ölkəmizdə geniş fürsətlər tanınıb ki, bunda da ayrı-ayrı məmurların Küveyt hökuməti ilə gizli əlaqələrinin rolu kifayət qədər hiss olunandır. İndi isə sizə vəhabilərin hədəsini olduğu kimi təqdim edirik. «Sələfilərin(vəhabi) Umma (ümmət) saytı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edib. Umma saytında yazılanları olduğu kimi əziz oxucularımıza təqdim edirik: Həmd olsun Allaha. Cümə günü Azərbaycan dövlətinin ikinci böyük şəhəri sayılan Gəncədə xüsusi təyinatlılar sələfi mücahidlərinə qarşı əməliyat keçiriblər. Xüsusi əməliyat nəticəsində Vüqar Padarov qardaşımız istədiyinə çata bildi. (burada şəadət nəzərdə tutulur) Qoy Allah onu öz dərgahına qəbul etsin və onu Cənnətə götürsün. O, özü ilə o Dünyaya tağut rejiminin hansısa bir polkovnik-leytenantını da apara bildi. Artıq onların prezidentləri ölən və yaralananları şöhrət medalları ilə də təltif etdi. Kimə əyilirdilərsə və ibadət edirdilərsə ona da nail oldular. Əfsuslar olsun ki, öldürülən polkovnikə verilən dəmir medal ona Qiyamət günü kömək edə bilməyəcəkdir. Vuqar Padarov birinci müsəlmandır ki, öz ölkəsində şəhadətə çataraq nəisə əldə edə bildi. Bizim Qafqazda azərbaycanlı mücahidlər kifayət qədər öz sözlərini deyən olublar və əmələn də sübuta yetiriblər. Amma hələ ki, öz ərazilərində belə hal baş verməmişdir. Həmd olsun Allaha ki, bu ilk addım oldu. Və qardaşımız kafirlərə dərs verə bildi. Allah bu əməliyat nəticəsində həbs edilən qardaşlarımızında azadlığını tezləşdirsin. Avrovision müsəlmanlar üçün qorxulu bir yuxudur. Həmd olsun Allaha ki, müsəlmanlar artıq Quranın bir ayəsini dərk edə bildilər. "Əgər bir ümmət öz müqəddaratını dəyişməsə Allah onların müqəddaratını dəyişməz" üzdəniraqlar, şeytanın tərəfdarlartı fikirləşməsinlər ki, şəhidlərin, səhabələrin, tabeinlərin məskəni olan Azərbaycana gələrək istədikləri kimi hərəkət edə biləcəklər. Onlara qarşı hücumlar təşkil ediləcəkdir. Və nə Mossad, nə Mİ-6, nə CİA nədə digərləri onlara kömək edə biləcək. Heç bir silah və partlayıcı qurğu istifadə edilməyəcəkdir. Kimyəvi silah və bıcaq bizlərə kifayət edər. İllərlə çayxanada oturaraq dildə əqidə zəifliyini, zülmü danışmaq olar. Amma bunun aradan getməsi üçün real bir əməl lazımdır». Geri qayıt |