Əsas Səhifə > Gündəm, Manşet > ORTA MƏKTƏBLƏRDƏ «GÜL BAYRAMI» HƏYƏCANI
ORTA MƏKTƏBLƏRDƏ «GÜL BAYRAMI» HƏYƏCANI10-04-2012, 12:20 |
HAKİMİYYƏT HACIBALA ABUTALIBOVU VƏZİYYƏTDƏN BELƏMİ ÇIXARIR? DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun keçən il təşkil olunan «Gül Bayramı» törəni zamanı yeyintiyə yol verməsi və tədbirdə istifadə olunan gülləri təşkil edən əcnəbi şirkətə 3 milyon manat həcmində borclu qalması səbəblərindən çox ciddi problelər yaranıb və vəziyyət hətta o həddə çatıb ki, bu il «Gül Bayramı» hətta keçirilməyə də bilər. Təbii ki, bu ifadə bir qədər abardılmışdır. Ən azından ona görə ki, «Gül Bayramı»nın YAP iqtidarı üçün xüsusi əhəmiyyəti var və hər il mərhum prezident Heydər Əliyevin doğum günündə təşkil olunan bu törənə külli miqdarda vəsaitin ayrılmasında da xəsislik edilmir. Amma Hacıbala Abutalıbov nədənsə keçən il həmin vəsaiti ödəməkdən vaz keçdi. Və əldə etdiyimiz son məlumatlardan aydın olur ki, deyəsən, Bakı meri çıxış yolunu tapıb. Əslində çıxış yolunun tapılmasında az qala bütün hökumətin iştirakçı olduğu da nəzərə çarpır. Nazirlər Kabinetindəki məlumatlı dairələrdən DİA.AZ-a ötürülən məlumatlarda bildirilir ki, bütün büdcə təşkilatlarında çalışanların əməkhaqqılarından 5-10 manat arası vəsait «Gül Bayramı»nın təşkili üçün tutulacaq. Mənbəmiz idda edir ki, əslində bu yolla külli miqdarda pul əldə olunur ki, həmin pulla həm köhnə borcun ödənilməsi və həm də yeni törənin təşkili nəzərdə tutulub. Bir sözlə, hakimiyyət yenə də hansısa məmurun korrupsiyasını sıradan insanların hesabına ödəmə yolunu tutub. Bu arada redaksiyamıza başqa bir maraqlı xəbər də daxil olub. Edilən müraciətlərdən aydın olur ki, orta məktəblərdə də «Gül Bayramı» münasibətilə pul yığılır. Konkret olaraq Xəai rayonundakı orta məktəblərin demək olar ki, hamısında eyni kampaniya başlayıb. Mənbəmiz bildirir ki, hər bir şagirddə 5 manatdan pul istənilir və səbəb kimi də «Gül Bayramı»nın təşkili göstərilir. Geri qayıt |