Əsas Səhifə > Cəmiyyət > MƏLEYKƏ ABBASZADƏ HƏR ŞEYİ AÇIQLAYACAQ

MƏLEYKƏ ABBASZADƏ HƏR ŞEYİ AÇIQLAYACAQ


9-04-2012, 15:30
MƏLEYKƏ ABBASZADƏ HƏR ŞEYİ AÇIQLAYACAQ

SABAH TQDK SƏDRİ HÜCUMA KEÇƏ BİLƏR

Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə sabah 2012-2013-cu tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirəcək. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

TQDK rəsmisi bildirib ki, komisiya sədri 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu ilə bağlı bütün məlumatları verəcək. Tədbirdə “Abituriyent” jurnalının 2-ci sayının təqdimatı da olacaq. Jurnalın 2-ci sayında ali məktəbə hazırlaşan abituriyentlər üçün lazımi məlumatlar yer alıb.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, sabahkı tədbirdə TQDK sədri Misir Mərdanovun idarəsinin əleyhinə olan çox ciddi faktları da açıqlamağa hazırlaşır.


Geri qayıt