Əsas Səhifə > Hadisə > BAKI MERİYASININ İŞÇİLƏRİ NİYƏ CƏZALANDIRILMIR?
BAKI MERİYASININ İŞÇİLƏRİ NİYƏ CƏZALANDIRILMIR?9-04-2012, 15:09 |
DÖYÜLƏN QADININ SƏHHƏTİ AĞIRLAŞIB Evinin sökülməsinə müqavimət göstərdiyinə görə döyülərək xəstəxanaya düşən Afaq İsmayılovanın və anası Zərifə İsgəndərovanın sağlıq durumu ağır olaraq alır. Bu haqda Turan-a A.İsmayılovanın vəkili Camal Bağırzadə bildirib. Onun sözlərinə görə, A.İsmayılovanı bu hala salan Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələri xəstənin yatdığı 1saylı Mərkəzi xəstəxanadan təcili çıxarılması kimi təzyiqə əl atıblar. Onun fikrincə, bu addımda məqsəd daha yüngül xəsarətlər göstərməklə qanunsuz olaraq vətəndaşın evini sökən, onu fiziki zorakılığa məruz qoyan, əmlakını talayan şəxsləri cinayətdən kənarda saxlamaqdır. Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələri bu məqsədə çata bilmək üçün xəstəxananın travmatologiya şöbəsinin həkimlərinə, xəstənin özünə, işi aparan təhqiqatçıya belə təsir və təzyiqə əl atıblar. Vəkil bu hadisədə məmurun vətəndaşa qarşı cinayətə yol verməsinin göz önündə olduğunu söyləyib. “Bizə burada yemək verilməsinə qədər maneçilik edirlər”, - A.İsmayılova xəstəxanada rastlaşdığı təzyiqlərlə bağlı Turan-a bildirib. Baş həkimin müavini Adil Salahov xəstələrin durumunun yaxşı olduqlarını deyərək xəstəxanadan çıxmalarını istəyib. Zərbələr nəticəsində A.İsmayılova beyin tərpənməsi xəsarəti alılb. Travmatologiya şöbəsinin müdirinin pis münasibətindən narazılıq edir. Şöbə müdiri xanımları evlərini qorduqlarına görə qınayır. A.İsmayılova bildirib ki, xəstəxanada müalicə almır. Bunun Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinin təzyiqinin nəticəsi olduğunu düşünür. O, zorakılıq göstərmiş Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin barışıq təklifini rədd edib, hüquqlarını sona qədər qoruyacağını bildirib. A.İsmayılovanın anası 74 yaşlı Z.İsgəndərovanın səhhəti pisləşdiyi üçün reanimasiyada yatır. A.İsmayılova 2012-ci il aprelin 2-də Şəmsi Bədəlbəyli küçəsi, 20-də yerləşən evinin sökülməsinə müqavimət göstərib. Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin başçısı Zülfəli İsmayılov və ətrafındakıların zorakılığı nəticəsində Afaq İsmayılova və anası Zərifə İsgəndərova ağır bədən xəsarətləri alıblar. A.İsmayılovanın həyat yoldaşının ayağı sındırılıb. Geri qayıt |