Əsas Səhifə > Hadisə > “KÜR” KOORDİNATORUNA 12 SUTKA VERİLDİ

“KÜR” KOORDİNATORUNA 12 SUTKA VERİLDİ


9-04-2012, 13:07
“KÜR” KOORDİNATORUNA 12 SUTKA VERİLDİ

OQTAY GÜLƏLİYEVƏ “TORBA TİKİLİB”?

“Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin polis tərəfindən saxlanılmasına aydınlıq gətirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, O. Gülalıyevin həbsinin siyasi motivli olduğunu hesab edənlər yanılırlar. E. Zahidov bunun ictimai rəyi çaşdırmaq niyyətində olan şəxslər tərəfindən ortaya atıldığını deyib: “Oqtay Gülalıyev Sabirabad rayonunun Minbaşı kəndinin bir qrup sakininin rayon Polis Şöbəsinə etdiyi israrlı müraciətlərindən sonra saxlanılıb. Kənd camaatı polisə ünvanladığı şikayətində bildiriblər ki, Oqtay Gülalıyev aprelin 8-də saat 13 radələrində kəndə gələrək kənd camaatının ünvanına xoş olmayan ifadələr səsləndirib və onları qeyrətsizlikdə ittiham edib. Belə bir vəziyyətlə üzləşən kənd sakinləri polisə müraciət etmək məcburiyyətində qalıb. Oqtay Gülalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib”.

DİN əməkdaşı, həmçinin qeyd edib ki, O. Gülalıyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozma və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində toplanmış materiallar rayon Məhkəməsinə göndərilib. Bu gün Sabirabad Rayon Məhkəməsi O. Gülalıyev barəsində inzibati qaydada 12 günlük azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirib.


Geri qayıt