Əsas Səhifə > Gündəm, Manşet > İRAN AZƏRBAYCANA QARŞI ORDU HAZIRLAYIR

İRAN AZƏRBAYCANA QARŞI ORDU HAZIRLAYIR


9-04-2012, 12:58
İRAN AZƏRBAYCANA QARŞI ORDU HAZIRLAYIR

FARS-MOLLA REJİMİ İRANDAKI TƏLƏBƏLƏRİMİZİN BEYİNLƏRİNİ YUYUR

DİA.AZ: - Məlumdur ki, bu gün İran İslam Respublikasında təxminən 5000-ə yaxın Azərbaycandan olan tələbə təhsil almaqdadır. Dəfələrlə mətbuatda da belə bir məsələ qaldırılıb ki, həmin tələbələrimiz İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olmaqla yanaşı, onların beyinləri molla rejimi tərəfindən «ələ keçirilir» və tələbələrimizə təhsil əvəzinə antiAzərbaycan təbliğatı yeridilir.

Qeyd edək ki, davamlı olaraq Azərbaycandan olan tələbələrlə iş aparan fars-molla rejimi onları müxtəlif tədbirlərə cəlb etməklə də öz iyrənc siyasətlərini yürütməkdədirlər. Belə bir tədbir keçən həftə də baş verib və bu dəfə azərbaycanlı tələbələrin qarşısında çıxış edən Ayətullah Nuri Həmədani tələbələri açıq-aşkar Azərbaycan əleyhinə fəaliyyətə səsləyib.

"Hövzə Xəbər Mərkəzi"nin yaydığı həmin məlumatı DİA.AZ olaraq olduğu kimi diqqətinizə çatdırırıq: «Şənbə günü günortadan qabaq Qum şəhərində təhsil alan bir sıra Azərbaycan Respublikasının tələbələri və Bafq rayonunun tələbələri ilə görüşən Ayətullah Nuri Həmədani deyib: "İslamda heç bir dəstənin vəzifəsi alimlərin vəzifəsi qədər ağır deyil. Əlbəttə, alimlər üçün nəzərdə tutulmuş mükafat da bütün təbəqələrin əcrindən çoxdur".

O vurğuladı: "Dini mərkəzlər və ruhaniyyət qərbin İslama qarşı olan mədəni və siyasi nüfuzunun sərhədlərini tanımalıdır. Əlbəttə, ruhaniyyət bu günə kimi öz vəzifəsinə düzgün əməl etmişdir. Geniş və ağır hücumlar qarşısında İslamın sabitliyi bu məsələyə şahiddir".

Təqlid mərcəsi daha sonra Azərbaycan Respublikası müsəlmanlarının problemlərinə işarə edərək dedi: "Azərbaycanın ruhaniləri gərək özlərini şəhadətə hazır etsinlər və xalqı da bu yolda özləri ilə birləşdirsinlər".

Ayətullah Nuri Həmədani İran İslam İnqilabının qələbəsini xalqın dəstəyinin və inqilabçıların şəhdətə hazır olmalarının nəticəsi adlandıraraq dedi: "Misir, Libiya, Tunis və s. kimi dövlətlər xalq dəstəyi əvəzinə Amerika kimi ölkələrdən himayə olduqları üçün devrildilər".

O artırdı: "Hökumətlər xalqa zülm etsələr və onların qanını töksələr, xalq daha dözməyəcək və nəticədə hakimiyyət süqut edəcək".

Ayətullah Nuri Həmədani vəhdət və birliyi Azərbaycan Respublikasının alimləri üçün ən zəruri məsələ adlandıraraq dedi: "Azərbaycan ölkəsinin alimləri və ruhaniləri birliyin kənarında özlərini cihada və şəhadətə hazır etsinlər. İslam daim fədakarlıq və cihadla öz yolunu davam etmişdir".

Təqlid mərcəsi şəhadətə hazır olan şəxsin qorxmamasını və öz hədəfində müvəffəq olacağını da açıqlayaraq dedi: "Gərək canınızı ovucunuza qoyub, zalımlarla mübarizəyə qalxasız. Mübarizə və cihadsız heç bir şeyə nail olmaq mümkün deyil"».

Geri qayıt