Əsas Səhifə > Siyasət, Manşet > DÖYÜŞKƏNLƏRDƏN İMTİNA VAXTI YETİŞİB

DÖYÜŞKƏNLƏRDƏN İMTİNA VAXTI YETİŞİB


9-04-2012, 12:31
DÖYÜŞKƏNLƏRDƏN İMTİNA VAXTI YETİŞİB

PREZİDENT TƏRƏFLƏRİN HANSINA ÜSTÜNLÜK VERƏCƏK, KİM ZƏİF BƏND OLACAQ?

DİA.AZ: - Hakimiyyət içində gərginlik davam etməkdədir. Onu da bildirək ki, əslində görüntüdə olan mənzərə tamam fərqlidir. Yəi realda baş verənlərin ictimailəşməsinin qarşısının alınması hədəfi bu gün iqtidar düşərgəsinin prioritetlərindən biri kimi diqqətə gəlməkdədir.

Bu məsələ ilə bağlı mövcud durumu DİA.AZ-a şərh edən hökumət nümayəndələrindən birinin anonim açıqlamalarından aydın olur ki, YAP iqtidarının ayrı-ayrı nümayəndələri bu gün əslində çox ciddi çəkişmə mühitindədirlər: «Məsələn, konkret olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun münasibətləri gərgindir. Eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərov nəqliyyat naziri Ziya Məmmədovla rəqabət mühitindədir. Digər çəkişmə müstəviləri də mövcuddur ki, bu gərginlik günü-gündən hakimiyyətin sütunlarını laxladır».

Mənbəmiz iddia edir ki, dəfələrlə bu məsələ qapalı şəraitdə hakimiyyətin «yuxarı» eşalonu tərəfindən ciddi şəkildə müzakirə olunub: «Xatırlayırsınızsa, bu kimi allar əvvəllər də mövcud olub. Kəmaləddin Heydərovla rəqabət aparan Fərhad Əliyev nəhayətdə hakimiyyətiçi Rusiyameyilli qüvvələrin şərinə tuş gəldi. Eləcə də həmin qüvvə Əli İsanovun da qollarının qandallanmasına nail oldu. Təhsil naziri Misir Mərdanov isə bir zamanlar əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Əli Nağıyevi siasətin arxivinə yollamağa müvəffəq oldu. İndi kimin kimi yenəcəyi sualı ortadadır. Çünki münasibətlər o həddə qədər gərilib ki, artıq tərəflərdən birinin qurban verilməsi vaxtıdır».

Mənbəmiz bildirir ki, burada İlham Əliyevin yeni komandasının üzvləri hesab olunan şəxslər kifayət qədər güclü mövqedədirlər: «Hər halda, onları İlham Əliyev görəvləndirib və onlar prezidentə tam olaraq sadiqdirlər. Deməli, qurban verilənlər əks tərəfdə təmsil olunan «döyüşkən» ruhlu məmurlar olacaq».

Konkret olaraq Ramiz Mehdiyevin gedişinə tədarük görüldüyünü diqqətə çatdıran mənbəmiz iddia edir ki, PA rəhbəri postunda dəyişikliyin zamanı kimi may ayı seçilib: «Amma Mehdiyev nə Əli İnsanovun, nə də Əli Nağıyevin aqibətini yaşamayacaq. Məlumdur ki, o, bu gün iqtidar düşərgəsində çox dərin köklər salmış bir fiqurdur və onun birdən-birə çıxarılıb atılması imkansız hesab olunur».

Mənbəmiz onu da bildirdi ki, əslində neçə müddətdir Mehdiyevin «saldığı kökün dibini qurutmaqla» məşğuldurlar: «Bu proses az qala bir ildir ki, davam edir. İcra başçısı postlarında dəyişikliklərdən tutmuş, bir sıra məmurlardan imtinanın özü də antiMehdiyevçi hərəkətlənmənin təzahürü kimi qəbul edilməlidir. Onu da xatırladaq ki, mətbuatda neçə müddətdir Mehdiyevin yola salınacağı barədə məlumatlar yayılsa da, görüntüdə belə bir tədarük o qədər də hiss olunmur. Mənbəmizə görə, əslində bu prosesin səssiz şəkildə cərəyan etməsi tərəflərin anlaşması kimi qəbul edilməlidir.

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt