Əsas Səhifə > Siyasət, Manşet > VƏHABİLƏR İRANA QARŞI PLAN OLUB?

VƏHABİLƏR İRANA QARŞI PLAN OLUB?


8-04-2012, 12:34
VƏHABİLƏR İRANA QARŞI PLAN OLUB?

FARS-MOLLA REJİMİNİN MEDİASI BELƏ BİR ABSURD İDDİANI SƏSLƏNDİRİB

DİA.AZ: - Gəncədə və digər bölgələrdə Milli Təhlükəsizlik Nazirliyinin vəhabilərə qarşı keçirdiyi əməliyyatlar dünya mətbuatında olduğu kimi, fas-molla rejiminin mediasında da xüsusi olaraq müzakirə olunmaqdadır. Bəllidir ki, Azərbaycan türkünə və onun dövlətinə aşkar surətdə düşməçilik mövqeyində dayanan rəsmi Tehran hətta bu məsələdə də belə özünün xislətindən kənarda qala bilməyib.

Belə ki, Azərbaycanda vəhabilərin ABŞ və bəzi ərəb ölkələri tərəfindən himayə olunduğunu iddia edən molla mətbuatın daha sonra yazır ki, əslində vəhabilər əhalisinin 85 faizi şiə olan Azərbaycanda məhz İrana qarşı yerləşdiriliblər və bu işdə Azərbaycan hakimiyyətinin də iştirakı var.

DİA.AZ-ın İran mətbuatından əldə etdiyi məlumatlardan o da aydın olur ki, İran mediası iddia edir ki, amma buna baxmayaraq rəsmi Bakı vəhabilərə qarşı əməliyyat keçirdi və burada başqa bir məqsəd var: «Bakı dövləti (onlar azərbaycan dövlətini bu şəkildə adlandırırlar -red.), ABŞ və bəzi ərəb ölkələrinin həmkarlığı ilə vəhabiləri şiə fəalları ilə üz-üzə qoymaq üçün himayə etmişdir və indi də öz gümanına əsasən, şiə fəallarını saxlamaq və onlara uzun müddətli həbs cəzası verməklə islamçılar mövzusunun aradan qalxdığını hesab edir. Ona görə də Eurovision müsabiqəsi ərəfəsində hakimiyyətin nəzərdə tutduğu sabitlik üçün problem yarada biləcək vəhabi fəallarını həbs etməklə «Eurovision» müsabiqəsi üçün ev sahibliyinə hər tərəfli hazır olduğunu göstərməyə çalışır».

Hər halda, bu iddianın absurdluğu ilk baxışdan seziləndir. Doğrudur, ola bilsin ki, bu gün vəhabiləri himayə edən qüvvələr hakimiyyət içində də yer alsınlar. Amma bunun özünün belə iranlıların iddialarına haqq qazandırdığını söyləmək mümkün deyil. Ən azından ona görə ki, vəhabilər Azərbaycanda İrana meyilli qüvvələrin hədəfə alınması üçün yerləşməyiblər. Əgər belə olsaydı, elə İranın özündə də bu qüvvələrin möhkəmlənmə ehtimalları yüksəkdir. Yəni onların hədəfi elə Azərbaycan dövlətinin özüdür. Və hansısa cılız düşüncəli məmurlar vəhabilərə aid qaynaqlardan əldə etdikləri pullar hesabına onlara şərait yaratmaqdadırlar və günü bu gün də onları himayə edirlər.

Xatırladaq ki, keçən il Azərbaycanda olarkən vəhabilərin əsas sığınacaq ünvanı olan Küveyt dövlətinin rəhbərliyi Əbu-Bəkr məscidinin bağlanmasına etiraz olaraq hər il Azərbaycana müxtəlif fondlar vasitəsilə etdikləri 200 milyon dollar həcmində olan yardımı dayandırdıqlarını da elan etdilər.


Geri qayıt