Əsas Səhifə > Siyasət, Manşet > ƏRDƏBİL İMAMINDAN ŞOK QARABAĞ AÇIQLAMASI
ƏRDƏBİL İMAMINDAN ŞOK QARABAĞ AÇIQLAMASI7-04-2012, 12:33 |
AMİLİ AZƏRBAYCANA MÜHARİBƏ QADAĞASININ QOYULDUĞUNU BİLDİRİR DİA.AZ: - Hər zaman özünün antiAzərbaycan çıxışları ilə diqqətə gələn qədim türk şəhəri Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili çox kəskin fikirləri ilə yenidən diqqətə gəlib. Bu barədə İranın xəbər portalları məlumat yayıb. Qeyd edək ki, DİA.AZ olaraq İran mətbuatında Azərbaycanla bağlı səslənən fikirləri davamlı olaraq diqqətinizə çatdırırıq. Bu dəfə də ənənəmizə sadiq qalib, Seyid Həsən Amilinin səs-küy yaradacaq açıqlamalarını diqqətinizə olduğu kimi təqdim edirik: «Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazının xütbələrində dedi: "Yaxın Şərq böyük və həssas bir dəyişiklik astanasındadır. Belə ki, ABŞ, Çin, Avropa və Rusiya kimi ölkələr Yaxın Şərqdə öz maraqlarını həssas bilir və bu regionda nüfuz qazanmaq, enerji mənbələri əldə etmək üçün bir-birləri ilə rəqabət aparırlar. Çünki onlar başa düşüblər ki, hər kəs Yaxın Şərqi ələ keçirə bilsə, dünyanın ağalığı və rəhbərliyi onun əlində olacaq". Ərdəbil əhalisinin Xubriqan Məclisində nümayəndəsi açıqladı: "ABŞ, Türkiyəyə təzyiq etmək üçün PKK terrorçu dəstəsini təchizatlandırmşıdır. Bu dəstə Türkiyədə indiyə kimi terror əməliyyatları ilə 45 min insanın ölümünə səbəb olmuşdur. ABŞ, bir sıra siyasi məsələlərdə Türkiyəyə qarşı bu vasitədən istifadə etmişdir". Amili vurğuladı: "Bu ölkə PJAK dəstəsini təhrik etməklə eyni modeli İranda da həyata keçirmək istədi. Lakin SEPAH-ın sayıqlığı nəticəsində bu hiylə beşikdəcə boğuldu". Ərdəbilin imam cüməsi artırdı: "ABŞ müxtəlif ölkələrdə qoşun yerləşdirmək və müxtəlif qruparı təhrik etməklə sionist rejim üçün regional mühafizə yaratmaq istəyir. Belə ki, Misir sionist rejimə neft və qaz ixracını dayandırdıqdan sonra Azərbaycanın başçıları bu rejimin neft və qazını təmin etməyə hazır olduqlarını bildirdilər". Ərdəbilin imam cüməsi xütbələrinin digər bir hissəsində Ərdoğanın islami prinsiplərə bağlılıq və islami hicab mövzusundan geri çəkilməsi səbəbini Amerikanın təzyiqləri olduğunu bildirərək dedi: "Ərdoğan öz islami təfəkküründən ABŞ-ın təzyiqləri nəticəsində əl çəkdi və 2008-ci ildən bu ölkədə hicab qadağası mövzusuna ABŞ-ın təzyiqi səbəbinə dözübdür". Ərdəbil əhalisinin Xubriqan Məclisində nümayəndəsi xütbələrinin davamında ABŞ-ın gizli planlarının üstünü açaraq, zamanın iblisinin Yaxın Şərqdə 32 yeni ölkə yaratmağa çalışmasını və bu regionun ölkələrinin milli hakimiyyət və müstəqilliyinə xələl gətirmək istəməsindən xəbər verdi. Seyid Həsən Amili vurğuladı: "Azərbaycanın müdafiə nazirinin Qarabağı müharibə yolu ilə azad etməyin mümkünlüyünü bildirməsinə cavab olan ABŞ-ın yeni hərəkətləri, ölkələrin milli hakimiyyət və müstəqilliyinə əhəmiyyət verməməsini göstərir və zamanın ötməsi ilə Qarabağın geri alınmasını tarixin yaddaşından silməyə çalışır. Azərbaycan əsgərlərini döyüş xəttindən uzaqlaşdırmaq və Qarabağın azadlığı uğrunda düşmənlə həqiqi mübarizədən çəkindirməklə bu ərazinin azadlıq kitabını həmişəlik bağlamaq fikrindədir"». Geri qayıt |