Əsas Səhifə > Hadisə > ETİBAR PİRVERDİYEVƏ MİLLİ MƏCLİSDƏ İTTİHAM

ETİBAR PİRVERDİYEVƏ MİLLİ MƏCLİSDƏ İTTİHAM


6-04-2012, 14:34
ETİBAR PİRVERDİYEVƏ MİLLİ MƏCLİSDƏ İTTİHAM

DEPUTAT ASC RƏHBƏRİNİ KORRUPSİONER ADLANDIRDI

Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə qarşı bir sıra ağır ittihamlar səsləndirib.

Modern.az-ın məlumatına görə millət vəkili bildirib ki, “Azərenerji” ASC-nın rəhbəri ona yaxın olan AZENCO şirkəti ilə müqavilələr bağlayır, dövlət vəsaitlərini talayır.

“Məsələn, su elektrik stansiyalarının birinin tikintisi zamanı nəzərdə tutulan müqavilədə tikintinin 20 aya başa çatdırıldığının göstərilməsinə baxmayaraq, 15 ay əlavə vaxt uzadılıb və büdcədən əlavə vəsaitlər ayrılıb. Ümumiyyətlə “Azərenerji” bütün əməliyyatlarını AZENCO şirkəti ilə birlikdə aparır və nəticədə böyük korrupsiya faktları olur”.

Deputat bildirib ki, bir həkim 300 manat alıb həbs olunduğuna görə, bu qədər milyonların talandığı “Azərenerji” ilə bağlı heç bir ölçü götürülmür. O təklif edib ki, Hesablama Palatası “Azərenerji” ilə bağlı apardığı araşdırmaları Baş Prokurorluğa göndərsin.


Geri qayıt