Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏDƏ KAMİKADZE TERRORU
GƏNCƏDƏ KAMİKADZE TERRORU6-04-2012, 13:17 |
AZƏRBAYCAN İLK DƏFƏ OLARAQ BELƏ BİR TERRORA MƏKAN OLUR Ötən gecə Gəncədə “Maxrasa bağları” massivində qumbara partlayıb. Nəticədə iki nəfər həlak olub, iki nəfər yaralanıb. Turan-a qeyri-rəsmi mənbələrdən məlum olub ki, partlayış kamikadze tərəfindən ya qumbara, ya da şəhid kəməri vasitəsilə törədilib. Polis və prokurorluq şərh vermir, qeyri-rəsmi məlumatlara görə, istintaqı MTN aparır. Nazirliyin mətbuat xidmətinə zəng etmək mümkün olmayıb. MTN-nin təhqiqata cəlb olunması bunun təsadüfü hadisə deyil, terror aktı olması versiyasını təsdiqləyir. Əgər belədirsə, bu, Azərbaycanda kamikadze tərəfindən törədilən ilk terror aktıdır. Geri qayıt |