Əsas Səhifə > Ölkə > MTN GƏNCƏDƏN XƏBƏR VERDİ

MTN GƏNCƏDƏN XƏBƏR VERDİ


6-04-2012, 13:09
MTN GƏNCƏDƏN XƏBƏR VERDİ

QURUM ƏMƏLİYYAT KEÇİRDİYİNİ TƏSDİQLƏYİB

Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib.

MTN-in İctimai Əlaqələr Məkəzinin rəhbəri Arif Babayev Trend-ə bildirib ki, hazırda əməliyyat tədbirləri davam etdirildiyindən əlavə məlumat verilmir.

Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə bildiriblər ki, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var.

Gəncə şəhər hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb.

Qanunsuz silahlı birləşmənin 1 üzvü həlak olub, 2-si xəsarət alıb.


Geri qayıt