Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏDƏKİ TOQQUŞMA İLƏ BAĞLI XƏBƏR
GƏNCƏDƏKİ TOQQUŞMA İLƏ BAĞLI XƏBƏR6-04-2012, 13:04 |
MTN ƏMƏLİYYATÇILARININ HƏDƏFİNDƏ DİNİ QRUPLARA BAĞLI DƏSTƏ OLUB DİA.AZ: - Məlum olduğu kimi, bu gün səhər saatlarında Gəncə şəhərində Təbriz küçəsi 93 ünvanında silahlı toqquşma baş verib. Qeyri rəsmi xəbərlərdən aydın olur ki, toqquşma nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb. Qanunsuz silahlı birləşmənin 1 üzvü həlak olub, 2-si xəsarət alıb. Bununla bağlı bildirək ki, rəsmi qaynaqlar nədənsə ehtiyatla davranır və məlumat verməkdə xəsislik edirlər. DİA.AZ olaraq apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, əməliyyat polis tərəfindən deyil, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilib. Bu barədə redaksiyamıza açıqlama verən hüquq-mühafizə orqanlarındakı mənbənin söylədikləri: «Əməliyyata Bakıdan və Gəncənin yerli MTN şöbəsindən əməkdaşlar cəlb olunub. Hədəfə alınan qeyri-qanuni silahlı birləşmənin isə İranın xüsusi xidmət orqanları ilə əlaqəli olması ehtimal olunur. Amma burada vəhabi izi də var. Və bununla bağlı rəsmi məlumatlar yaxın vaxtlarda elan ediləcək». Hadisə diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |