Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTDƏN İLGİNC DÖVLƏTÇİ ADDIM
HAKİMİYYƏTDƏN İLGİNC DÖVLƏTÇİ ADDIM6-04-2012, 12:01 |
TÜRKİYƏDƏN RƏSULZADƏNİN QƏBRİNİN KÖÇÜRÜLMƏSİ, ŞAH İSMAYILIN TAXTI İSTƏNİLİB DİA.AZ: - Azərbaycan hakimiyyətin bütün cəmiyyəti şoka salaaq bir təşəbbüslə çıxış edib. Bu barədə redaksiyamıza hökumət içindəki mötəbər mənbələrdən məlumat daxil olub. Mənbəmiz iddia edir ki, YAP iqtidarı Türkiyə hökumətinə müraciət etməyə hazırlaşır və müraciətin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş və Türkiyədə dəfn edilmiş Məhəmməd Əmin Rəsulzadənin qəbrinin köçürülməsi və Azərbaycan türkünün şanlı hökmdarı Şah İsmayıl Xətainin Osmanlı İmperiyası tərəfindən girov götürülmüş taxt-tacının qaytarılması ilə bağlıdır. Məlumatlı mənbə DİA.AZ-a verdiyi xəbərində bildirir ki, artıq hər iki istəyin rəsmi Ankaranın diqqətinə çatdırılması yönündə iş gedir: «Həm Məhəmməd əmin Rəsulzadənin qəbrinin Azərbaycana köçürülməsi və həm də Şah İsmayıl Xətainin taxt-tacının geri - Azərbaycana gətirilməsi əslində müasir Azərbaycan dövlətinin simvolika baxımından güclənməsinə xidmət edən hadisə ola bilər». Onu da xatırladaq ki, belə bir ideya hələ AXC-Müsavat iqtidarı zamanında da olmuşdu. Lakin mərhum prezident Əbülfəz Elçibəyin iqtidar dönəmi qısa müddətli olduğundan buna fürsət tapılmamışdı. İndi isə prezident İlham Əliyevin belə bir addımın atılması yönündə işlərə start verməsi, əslində Azərbaycan dövləti adına böyük bir hadisə hesab olunmalıdır. Qeyd edək ki, rəsmi Bakı hazırda Gürcüstanda saxlanılan Gəncənin gürcülər tərəfindən oğurlanmış qala qapılarını da geri almağa təşəbbüslər göstərmişdi. Lakin nədənsə rəsmi Tiflis Azərbaycanın bu istəyini nəzərə almadı. İndi isə Ankaranın Bakıdan gələn tələblərə hansı formada cavab verəcəyi çox maraqlıdır. Hər halda, qardaş ölkə gürcülər kimi davranmaz. Onu da bildirək ki, Məhəmməd Əmin Rəsulzadənin məzarı Ankarada, Şah İsmayıl Xətainin taxt-tacı isə İstanbulda Topqapı muzeyindədir. Geri qayıt |