Əsas Səhifə > Hadisə > ERMƏNİLƏRDƏN AZƏRBAYCANA CAVAB ADDIMI
ERMƏNİLƏRDƏN AZƏRBAYCANA CAVAB ADDIMI5-04-2012, 13:20 |
KƏLBƏCƏRƏ DOĞRU İKİNCİ YOL ÇƏKİLİR Qarabağda bölgəni Ermənistanla birləşdirən Kəlbəcər-Zod avtomobil yolunun inşası üzrə işlər davam edir. İlkin hesablamalara görə, yolun inşası 2013-cü ilin fevralına kimi başa çatdırılacaq. Bu, Qarabağı Ermənistanla birləşdirən Laçın yolundan sonra ikinci yol olacaq və strateji əhəmiyyət daşıyacaq. Əsasən ermənilər bu yol vasitəsilə Maqavuz yaxınlığındakı mədənlərdən Ermənistana daş kömür daşınmasını planlaşdırırlar. Yolun inşası yeni infrastrukturun tikintisini nəzərdə tutur ki, bu da Qarabağın sosial-iqtisadi inkişafına mühüm təsir göstərəcək. Avtotrasda iki körpü qurulacaq. Artıq yolun 35 km.-i (80%) tikilib. Yeni avtomagistral uzunluğu 400 km. olan Xankəndi-Yerevan yolundan 150 km. qısa olacaq. Bu layihənin siyasi aspekti odur ki, ermənilər Kəlbəcəri qaytarmaq fikrində olmadıqlarına işarə edirlər, baxmayaraq, nizamlanma üzrə baza prinsipləri bunu nəzərdə tutur. Ermənilər bu prinsipləri qəbul etdiklərini bildirirlər, lakin onların əməlləri bunun əksini göstərir. Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə bildirib ki, Serj Sarkisyanla görüşlərində Kəlbəcərin və Laçının azad edilməsi məsələsi müzakirə olunub. Ermənilər ilkin olaraq Qarabağ ətrafımda 5 rayonun, Kəlbəcərlə Laçının isə 5-7 ildən sonra azad edilməsinə razılaşıblar. Bakı buna razı olub, lakin sonradan ermənilər əldə olunmuş razılaşmadan imtina ediblər. Eyni zamanda ermənilər Ağdam rayonunu mənimsəyirlər və orada qondarma Tiqranakert şəhərinin qazıntı işlərini aparırlar. Bundan əlavə, onlar Ağdamın adını Akna, Kəlbəcəri isə Karçavar adlandırıblar. Qərb diplomatlarından biri Turan-a bildirib ki, bütün bu addımlar “antierməni isteriyasına” və Qarabağı hərbi yolla azad etmək barədə Bakının hədələrinə cavab olaraq həyata keçirilir. Geri qayıt |