Əsas Səhifə > Gündəm, Manşet > "100 MİN DOLLAR VER, NƏVƏNİ BURAXIM!"
"100 MİN DOLLAR VER, NƏVƏNİ BURAXIM!"5-04-2012, 13:11 |
MİLLİ QƏHRƏMANIN ATASI BAŞ PROKURORDAN YARDIM İSTƏDİ DİA.AZ: - Milli Qəhrəman İmamverdi Əliyevin atası, İmişli rayon sakini Barat Əliyev redaksiyamızda olarkən bizi şoka salan müraciətini redaksiyaya təqdim etdi. Milli Qəhrəman atası günahsız yerə həbs edilmiş nəvəsi İlham Əliyevin başına gətirilən müsibətdən bəhs edən geniş müsahibə də verdi və o, həmçinin Prezident İlham Əliyevə, Respublikanın Baş Prokuroru Zakir Qaralova ünvanlı şikayətini dərc etməyimizi xahiş etdi. Məlum olur ki, ötən ilin iyulun 16-da İmişli rayonunun Qulubəyli kəndində B.Əliyevin oğlu Hənifə Əliyev özünə məxsus balıqçılıq gölündə qunduzabənzər qaraltını görərək odlu silahdan ona atəş açmışdır: "...Sonradan məlum olmuşdur ki, bu, onun qonşusu Mirnahid Nağıyevdir. O, zərərçəkmişi dərhal İmişli rayon xəstəxanasına çatdırmışdır, lakin onun həyatını xilas etmək mümkün olmamışdır. Oğlum Hənifə Əliyevin barəsində Az.CM-nin 120.1 maddəsi ilə cinayət işi başlanmışdır və o, həbs edilmişdir. İşi Baş Prokurorluğun mühüm işlər müstəntiqi Mehdi Mirzəyev aparır. Təsəvvür edin, üstündən neçə ay keçəndən sonra qonşularımızın oğlumun bir az imkanlı olmasını müstəntiqə deməsindən sonra müstəntiq maddi sübut olmadan, heç bir zəruri istintaq hərəkətləri etmədən qərəzli və yalan ifadələr sayəsində nəvəm İlham Əliyevin barəsində həbs qətimkan tədbiri seçərək onu 30 noyabr 2011-ci ildə həbs etmişdir. Diqqət edin: təsadüfən baş vermiş hadisədən düz 4 ay yarım sonra. Buna nə ad vermək olar... Qoy Baş Prokuror, çox hörmətli Zakir Qaralov bilsin ki, müstəntiqlə görüşəndə o, mənə bildirdi ki, nəvəni buraxmaq üçün 100 min dollar pul verməlisən..." Dəhşət saçan müsahibəni və təqsirləndirilən ata-oğul Əliyevlərin vəkilinin Baş Prokurora yazdığı etirazı sabah oxuyun! Geri qayıt |