Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: HEYDƏR ƏLİYEVİN ADINDAN YALAN

ŞOK: HEYDƏR ƏLİYEVİN ADINDAN YALAN


5-04-2012, 12:30
ŞOK: HEYDƏR ƏLİYEVİN ADINDAN YALAN

BU DƏFƏ HAŞİMİ RƏFSƏNCANİ ANTİAZƏRBAYCAN TƏBLİĞATINA CƏLB EDİLİB

DİA.AZ: - İran Azərbaycan əleyhinə təbliğatını davam etdirir. Məlumdur ki, 40 milyona yaxın Azərbaycan türkünü öz əsarəti altında saxlayan fars-molla rejimi neçə müddətdir ölkəmizin və Azərbaycanın dövlət rəhbərliyinin ünvanına təhqiredici ifadələrin də yer aldığı bir təbliğat kapaniyası sürdürür. Bunun isə hansı səbəbdən və hansı şəraitdə baş verdiyini təxmin etmək o qədər də çətin deyil.

Hər halda, Azərbaycanın şimalıın müstəqilləşməsinin ardından rəsmi Tehran Azərbaycana qarşı hücuma keçib. Hətta Qarabağ müharibəsi zamanı belə özünü şiə adlandıran fars-molla rejimi öz şiə qardaşlarının yox, minlərlə şiəni şəhid edən erməni faşistlərinin səngərində yer alması ilə əslində həm İslam dinindən nə qədər uzaq olduğunu və həm də Azərbaycan türkünə nə qədər düşmən münasibət bəslədiyini nümayiş etdirmiş oldu.

DİA.AZ bildirir ki, son aylarda isə İsrail-Azərbaycan münasibətlərinin yaxşılaşması və Azərbaycanın itirilmiş torpaqlarının geri qaytarılması yönündə öz hərbi qüdrətini artırması naminə İsraildən hərbi silah-sursat alması faktı molla rejimini əməlli-başlı ənişələndirib. Sanki özlərini Azərbaycan silahının hədəfində hiss edən farslar ölkəmizə acıq olaraq Ermənistanla əlaqələrini genişləndirməklə yanaşı, həm də Azərbaycanda müxtəlif təxribat xarakterli addımlara qərar veriblər. Doğrudur, Azərbaycanın xüsusi xidmət orqanları zaman-zaman bu kimi təxribatların qarşısını almağa çalışıb və müəyyən nailiyyətlər var. Amma yenə də İran bir təhlükə olaraq Azərbaycan daxilində agentura şəbəkəsini qoruyub saxlamaqdadır.

Bunlar azmış kimi İran mətbuatında da Azərbaycan bir söyüş ünvanı kimi seçilib. Sonuncu dəfə isə «AranNews» portalının yaydığı məlumatdan aydın olur ki, Haşimi Rəfsəncani Azərbaycan əleyhinə kampaniyaya cəlb edilib. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «Seçki Təhlili İnformasiya Mərkəzinin verdiyi məlumata əsasən, Ayətullah Haşimi Rəfsəncani Beynəlxalq Araşdırmalar jurnalının 1391 Bahar sayına verdiyi müsahibəsində Orta Asiya və Qafqaz, əsasən də Türkmənistan və Azərbaycanla münasibətlərə toxunaraq deyib: "İranın şimalı olan Qafqazda Gürcüstan və Azərbaycan bizim ən yaxın dostlarımız idi".

Haşimi Rəfsəncani müsahibəsinin davamında deyib: "Azərbaycanda jurnalistlərin də iştirak etdiyi rəsmi bir iclasda cənab Heydər Əliyev mənə dedi ki, bizim on yeddi şəhərimiz sizə məxsusdur və onları qorumalısınız. Biz sizinləyik. Ermənistanla müharibə etdikləri üçün bizimlə bu qədər yaxın idilər və birgə əməkdaşlıq edirdik. Biz əgər təkcə öz regionumuzdakı ölkələrlə münasibətlərimizi yaxşılaşdırsaq, İranın regiondakı həqiqi qüdrət və gücü qorunar. Yəni İranın qüdrətinin mərkəzi regiondadır».


Geri qayıt