Əsas Səhifə > Gündəm, Manşet > MASALLIDA YERLİ HAKİMİYYƏT DƏYİŞİR

MASALLIDA YERLİ HAKİMİYYƏT DƏYİŞİR


5-04-2012, 12:13
MASALLIDA YERLİ HAKİMİYYƏT DƏYİŞİR

BƏYLƏR ƏYYUBOVA GÜVƏNƏN ƏHƏD ABIYEV QƏZƏNFƏR AĞAYEVİ BİTİRİR

DİA.AZ: - Neçə müddətdir ki, Masallı rayonunda bir qrup hakim Yeni Azərbaycan Partiyasının üzvü olan ziyalı aclıq aksiyası keçirməkdədir. Mətbuata verilən açıqlamalarında aksiya iştirakçıları Masallı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əməllərindən şikayətçi düşdüklərini və bu aksiyalarının hakimiyyətə qarşı yönəlmədiyini iddia edirlər.

Onu da bildirək ki, aksiya 27 mart tarixindən etibarən həyata keçirilir və gələn məlumatlarda bildirilir ki, Masallı rayon icra hakimiyyətinin nümayəndələri aksiya iştirakçılarına qarşı müxtəlif yollarla təzyiqlər etməkdədirlər. Hətta onların YAP sıralarından qovulmaları barədə xəbərlər də yayılıb.

Qeyd edək ki, yerli icra strukturları Masallıdakı aksiyanın arxasında birbaşa olaraq keçmiş millət vəkili, hazırda Daşkəsən rayonuna başçılıq edən Əhəd Abıyevin dayandığını iddia edirlər. Əslində bu fikirlə kifayət qədər haqlı məqam olsa da, aksiyaya həmin fikri tam olaraq şamil etmək də mümkün deyil. Ola bilsin ki, bu gün aksiya iştirakçılarından bəziləri Əhəd Abıyevlə əlaqəli şəkildə fəaliyyətdədirlər və elə buradan da sözügedən təəssürat yaranıb.

Amma kimsə istisna edə bilməz ki, uzun müddət Qəzənfər Ağayevlə ədavətdə olan Əhəd Abıyev Masallıdakı aksiyadan xəbərsizdir və bu işlərdə maraqlı tərəf kimi çıxış etmir. Əksinə, gələn məlumatlar da təsdiqləyir ki, hətta Əhəd Abıyev hakimiyyət içindəki dayaqlarından istifadə edərək Masallının icra başçısını devirmə yönündə inamla irəliləyir. Aclıq aksiyası isə keçmiş deputata sırf olaraq ajiotaj üçün gərəkirmiş və işinə xeyli dərəcədə yarayıb.

DİA.AZ-ın əldə etdiyi məlumatlara görə, artıq Əhəd Abıyev Masallıdakı proseslərə Bəylər Əyyubovu belə cəlb edə bilib. Bunun da nəticəsində Qəzənfər Ağayevin işi çətinə düşüb. Hökumət içindəki mənbəmizin iddia etdikləri:

«Bəylər Əyyubov adı bir çox qalmaqallarda hallandırılan Qəzənfər Ağayevin vaxtının yetişdiynə hətta «yuxarıları» da inandırmağa müvəffəq olub. Bunun da nəticəsidir ki, Masallıda rəhbər dəyişikliyi tədarükünə start verilib. Və birbaşa olaraq hakimiyyətin üst düzəyinin təlimatları əsasında».

Mənbəmiz iddia edir ki, bu gün adı kriminal çevrələrlə birgə çəkilən Qəzənfər Ağayevin asanlıqla ram edilməsi də imkansızdır: «Hər halda, onu da müdafiə edənlər var və onlar heç də zəif deyillər. Amma artıq qərar var. Və maraqlı olanı müdafiə tərəfinin atacağı addımlardır».

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt