Əsas Səhifə > Hadisə, Manşet > «AVROVİZİYA» KİMLƏRİN CANINI QURTARIB?
«AVROVİZİYA» KİMLƏRİN CANINI QURTARIB?4-04-2012, 15:49 |
HAKİMİYYƏT YARIŞMA SƏBƏBİNDƏN İSLAHATLARI ERTƏLƏMƏLİ OLUB DİA.AZ: - Məlum olduğu kimi, may ayında keçirilməsi nəzərdə tutulan «Avroviziya-2012» mahnı müsabiqəsi hazırda rəsmi Bakı üçün çox həssas bir məqamı təşkil etməkdədir. Elə buna görə də, az qala bu gün bütün ölkə rəhbərliyi sözügedən müsabiqənin təşkilatçılığına səfərbər olunub. Doğrudur, tədbirlə bağlı ayrıca olaraq təşkilat komitəsi yaradılıb. Amma adları təşkilat komitəsində yer almayan məmurlar belə «Avroviziya-2012» üçün soyunublar. Bu gün məmurlar qarışıq, hətta sahibkarların da sözügedən təşkilati işlərə cəlb edildiyi kimsə üçün sirr deyil. Bu hələ harasıdır? Əldə etdiyimiz məlumatlardan aydın olur ki, sözügedən tədbir eyni zamanda hakimiyyətin daha mühüm planlarının ertələnməsinə nədən olub. Hökumət içindəki etibarlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, bu gün bir neçə məmur məhz «Avroviziya» komissiyasına adının düşməsi nədənindən canını rəsmən qurtarıb. Mənbəmiz iddia edir ki, bir nazir, bir ASC prezidenti və bir icra başçısı eyni qaydada kadr islahatının qurbanı olmaqdan xilas olaraq, karyera sürəsini uzatmağa müvəffəq olub. Xatırladaq ki, hələ keçən il bu müsabiqə ilə xüsusi komissiya təsis edildi. Dövlət başçısının imzaladığı sərəncamda bildirilirdi ki, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə keçən ilki televiziya müsabiqəsi Azərbaycan təmsilçilərinin parlaq qələbəsi ilə başa çatıb. Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Müsabiqənin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə 2012-ci ilin mayında Bakı şəhərində “Avroviziya-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva -YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Təşkilat Komitəsinin üzvləri Elmar Məmmədyarov -Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov -Azərbaycan Respublikasının daxili işlər naziri Şahin Mustafayev -Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Əbülfəs Qarayev -Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əli Abbasov -Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Azad Rəhimov -Azərbaycan Respublikasının gənclər və idman naziri Hacıbala Abutalıbov -Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Cahangir Əsgərov -“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev -“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev -“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri İsmayıl Ömərov -Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Əli Əsədov -Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Fatma Abdullazadə -Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Əldə etdiyimiz məlumatlardan isə aydın olur ki, konkret olaraq Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, «Azenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev və Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məhz bu yarışmanın təşkilati işlərinə cəlb olunmaları nədənindən görəv sürələrini uzatmağa müvəffəq olublar. Onların yarışmadan sonrakı aqibətləri isə hələlik qaranlıq olaraq qalır. Geri qayıt |