Əsas Səhifə > Gündəm, Manşet > İRANDAN RƏSMİ BAKIYA SƏRT İFADƏLƏR

İRANDAN RƏSMİ BAKIYA SƏRT İFADƏLƏR


4-04-2012, 14:27
İRANDAN RƏSMİ BAKIYA SƏRT İFADƏLƏR

«CAMAATIN QIZININ BAŞINDAN HİCABI AÇAN BAŞÇI OLA BİLMƏZ»

DİA.AZ: - Azərbaycanın ayrı-ayrı dövlət rəsmilərinin İran İslam Respublikasının lehinə bir-birinin ardından müxtəlif açıqlamalar verməsinə baxmayaraq, fars-molla rejiminin təbliğat maşını son günlər əleyhimizə olan təbliğatlarını daha da intensivləşdiriblər. Hətta vəziyyət o həddə çatıb, molla mətbuatında Azərbaycanın dövlət rəsmilərinin ünvanına təhqiredici ifadələr də işlədilir.

Xatırladaq ki, rəsmi Tehran ABŞ mətbuatında iddia olunan «Azərbaycanda İsrailin hərbi bazaları var» məlumatından ciddi narahatçılıq keçirib ki, bu məlumatın da həqiqi olmadığı ayrı-ayrı dövlət qurumlarımız tərəfindən ifadə olunub. Amma buna rəğmən açıqlamalar İran tərəfini qane etməyib. Bunun da nəticəsidir ki yenə də molla rejiminin ənənəvi ruporları Azərbaycan iqtidarını hədəfə alıblar.

DİA.AZ bildirir ki, belə bir material «AranNews» portalında Ərdəbilin imamcüməsi Seyid Həsən Amilinin adından yerləşdirilib və məlumatı olduğu kimi diqqətinizə çatırırıq:

«Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin sevimli imam cüməsi höccətül-islam vəl-müslimin Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində həzrət Musanın (ə) Şüeyb peyğəmbərin (ə) qızları ilə ilk görüşünə və həzrət Musanın (ə) həyasına işarə edərək, dedi: "Camaatın namusunun ardınca düşən şəxsdən rəhbər olmaz. Vahid forma bəhanəsi ilə camaatın qızının başından hicabı açan məsul, başçı ola bilməz".

Seyid Həsən Amili həmçinin, İslam Peyğəmbərinin (s) öz əbası ilə əsir bir qadının başını örtməsi hadisəsinə toxunaraq dedi: "Məsul və rəhbər gərək xalqın namusunu örtsün, nəinki onu açsın".

O, xütbələrinin davamında dedi: "İran İslam Respublikası dünyada ilk dəfə olaraq respublikanı islami olmaqla qeydləndirdi və bu iftixar İran İslam Respublikasının tarixində həmişə parlayacaq. Əgər respublika qeydlənməsə və qərbin iddia etdiyi demokratiya dünyaya hakim olsa, Hitler, Hüsnü Mübarək, Səddam, Rzaxan, Buş və s. kimi canavar sifətli insanlar camaatın boynuna minər və xalqın qanını sorarlar.

İndi siz müşahidə edirsiniz ki, qərb iddiasına əsaslanan demokratiya ilə bizim şimal qonşuluğumuzda (Azərbaycan Respublikası) ölkə prezidenti nazirlik vəzifəsini pulla satır. Nazirlik vəzifəsini pulla almış nazir isə rayonlardakı vəzifələri də pul və rüşvətlə satmağa məcburdur. Vəzifəni pulla almış məsul da vəzifə üçün verdiyi pulu çıxarmaq üçün camaatdan rüşvət alır. Bu vəziyyət ölkədə fəsad və rüşvətxorluğun yayılmasına, əhalinin həddindən artıq sıxıntıda olmasına səbəb olur"».


Geri qayıt