Əsas Səhifə > --- > Siz niyə evdə oturmusunuz?
Siz niyə evdə oturmusunuz?Bu gün, 03:46 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərin nəticələrini şübhə altına alan müxalif qüvvələrə müraciət edib. Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə danışıb. O bildirib ki, əgər müxalifət həqiqətən də seçkilərin saxtalaşdırıldığını düşünürsə, bunun cəmiyyətdə daha geniş etirazlara səbəb olması gözlənilirdi. “Seçkilər saxtalaşdırılıb, siz isə evdə oturmusunuz? Respublikanın meydanları boşdur? Bu necə mümkündür?” – deyə baş nazir qeyd edib. O, müxalifət tərəfdarlarını seçkilərin nəticələri ilə razılaşmadıqları təqdirdə öz mövqelərini açıq şəkildə nümayiş etdirməyə və siyasi proseslərdə daha fəal iştirak etməyə çağırıb. Geri qayıt |