Əsas Səhifə > Siyasət, Manşet > MASALLI 1937-Cİ İLİ XATIRLADIR

MASALLI 1937-Cİ İLİ XATIRLADIR


4-04-2012, 13:49
MASALLI 1937-Cİ İLİ XATIRLADIR

BAŞÇIYA ETİRAZ OLARAQ ACLIQ EDƏN ZİYALILAR YAP-DAN ÇIXARILIR

DİA.AZ: - Masallı Ziyalıları İctimai Birliyinin sədr müavini Ramil İbadullayevin müraciəti yayılıb. DİA.AZ-a daxil olan müraciəti diqqətinizə çatdırırıq:

“Beş gün rayonda olmayan, 02 aprel 2012-ci ildə rayona qayıdan kimi Masallı Rayon İcra Hakimiyyəti Başçısı Qəzənfər Ağayev təqib, təzyiq, şantaj və ələalma vasitələri ilə rayondakı aksiyaçılara təsir edə bilmədikdə qisas alma kompaniyasına başladı. Qisas almağa ilkin olaraq Masallı Ziyalıları İctimail Birliyinin sədri Məmmədağa Eynullayevdən və onun ailə üzvlərindən başlayıb. Belə ki, ilkin olaraq M. Eynullayevi Bakıdan verdiyi tapşırığa əsasən M. Eynullayev ölüm aclığı keçirərkən Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxartdırıb.

Biz anlaya bilmirik ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının Azərbaycan xalqına etdiyi, bölgələrdəki qanunsuzluqları, neqativ halları, rayonların inkişafına ayrılan vəsaitlərin düzgün xərclənməməsi barədəki məlumatları bizə çatdırın ki, biz də tədbirlər görək çağırışına qoşularaq Qəzənfər Ağayevin qanunsuz əməlləri, cinayətləri barədə məlumat vermək nə vaxtdan YAP-ın nizamnaməsinə ziddir? M. Eynullayevin günahı budurmu? Uzun müddət idi ki, Qəzənfər Ağayevin müavinləri Seymur Nuriyev, Nəsir Muxtarlı vasitəsilə M. Eynullayevin işləyən ailə üzvlərinin, yaxın qohumlarının işdən azad olunması ilə onların işlədiyi idarələrinin rəhbərlərinə dəfələrlə təzyiqlər var idi.

Lakin son etapda bütün bu işlərə şəxsən Qəzənfər Ağayev rəhbərlik etməyə başlamışdır. Belə ki, son günlər Qəzənfər Ağayev Respublika Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Nahid Şəmşirovu 2-ci dəfə yanına çağıraraq təkidlə onun şöbəsində işləyən M. Eynullayevin oğlu Elşən Eynullayevin işdən çıxarılmasını tələb etmişdir. Nəzərə alsaq ki, Nahid Şəmşirov rayonumuzdakı idarə rəhbərləri içərisində ən vicdanlısı, işgüzarı, perspektivlisidir, onun hansı acınacaqlı duruma düşməsini izah etməyə ehtiyac yoxdur. Xatırlatmaq istəyirəm ki, hələ bir qədər əvvəl Q. Ağayevin tapşırığı əsasında müavinləri İ. Nuriyev və N. Muxtarlının imzası ilə Q. Ağayevin qanunsuz əmllərindən imzaları ilə şikayət edən Masallı sakinlərindən təzyiq, şantaj vasitəsi ilə imzalarından imtina barədə yığdıqları çox bəsit, şişirdilmiş formada tərtib etdikləri sənəd yığınağını mənim və M. Eynullayevin haqqında cinayət işi qaldırılması üçün Rayon Polis Şöbəsinə ünvanlasalar da sənədlərin yetərsizliyindən və Rayon Polis Şöbəsinin məsələyə obyektiv yanaşması nəticəsində çirkin niyyət və məqsədlərini həyata keçirə bilməmişlər.

Hal-hazırda Qəzənfər Ağayev bütün İcra Hakimiyyəti aparatını, ərazi nümayəndəkilərini, idarə, müəssisə rəhbərlərini, məktəb direktorlarını, bələdiyyələri, məhkəmə qərarları icraçılarını, vergilər idarəsini, polis şöbəsini nəyin bahasına olursa olsun mənim, M. Eynullayevin və digər aksiya keçirən və onlara dəstək verənlərin həbs edilməsi və ya hər hansı bir formada cəzalandırılması üçün bütün qüvvələrini səfərbər edərək qisas almaq istiqamətində fəaliyyət göstərir. Belə ki, Musaküçə kəndində yaşayan M. Eynullayevin evi ərazi nümayəndəsi, müavini və polis işçiləri tərəfindən gecə və gündüz gizli şəkildə nəzarətdə saxlanılaraq onlara gəlib gedənlər qeydiyyata alınır, şəxsiyyətləri müəyyənləşdirilir. Digər aksiya keçirən və onlara dəstək olanarın yaşayış yerləri, qohumları, yaxınları müəyyənləşdirilərək onlara hər hansı bir formada cəzalandırılması üçün yollar axtarılır.

Nəzərə alsaq ki, Q. Ağayev işlədiyi dövrdə öz şəxsi maraqları və ambisiyaları naminə Masallıda yüzlərlə ailəni maddi məhrumiyyətlərə düçar etməsini, bir neçə ailənin həbsinə və fiziki məhvinə nail olmasına baxmayaraq edilən çox saylı şikayətlərə heç bir məhəl qoyulmamışdır. Təbii ki, bu cəzasızlıq rayonda ona qarşı çıxanlara istənilən qisas formasını həyata keçirməyə şərait yaratmış və bundan ruhlanan Q .Ağayev yeni qisas formlaları ilə fəaliyyətə başlamışdır.

Mən Masallı ziyalıları, ictimaiyyət nümayəndələri adından Qəzənfər Ağayevin öz şəxsi maraqları, ambisiyaları naminə rayon əhalisinə qarşı apardığı bu qisasçılıq hərəkətlərinin çox ağır nətcələrə aparacağını nəzərə alıb Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarına, beynəlxalq təşkilatlara, insan hüquqları təşkilatlarına, ölkə və beynəlxalq ictimaiyyətə, kütləvi informasiya vasitələrinə, siyasi mövqeyindən asılı olmayaraq ictimai və siyasi təşkilatlara müraciət edərək bu qisasçılığın, rəzalətin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq! Nə qədər gec deyil,

Q. Ağayevin bu faciəyə aparan hərəkətlərini durdurun!”


Geri qayıt