Əsas Səhifə > Siyasət, Manşet > MƏHBƏSDƏ ACLIQ AKSİYASI GÖZLƏNİLİR
MƏHBƏSDƏ ACLIQ AKSİYASI GÖZLƏNİLİR2-04-2012, 12:35 |
2 APREL MƏHBUSLARI «AVROVİZİYA» ƏRƏFƏSİ DİQQƏT ÇƏKMƏK İSTƏYİRLƏR DİA.AZ: - Məlum olduğu kimi, son əfv fərmanı imzalansa da, 2 aprel məhbuslarından kimsə bu siyahıya salınmadı. Doğrudur, azadlığa buraxılan oldu, lakin bunun da hansı şəraitdə baş verdiyinə hər kəs şahidlik etdi. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, 2 aprel məhbusları kütləvi etiraz aksiyasına hazırlaşırlar. Bu barədə müxalifətdəki qaynaqlarımızdan aldığımız məlumatda deyilir ki, kütləvi aclıq aksiyasına qərar verən məhbuslar beynəlxalq təşkilatların diqqətini cəlb etmək niyyətindədirlər. «Məlumdur ki, Azərbaycan «Avroviziya» yarışması kimi nüfuzlu bir müsabiqəyə ev sahibliyi edəcək. Belə bir törənn düzənləndiyi ölkədə isə insan haqqlarının durumu olduqca acınacaqlıdır ki, 2 aprel məhbusları da öz aksiyaları ilə həmin reallıqları beynəlxalq aləmin diqqətinə çatdırmağı düşünürlər». Geri qayıt |