Əsas Səhifə > Hadisə > ZIĞ QƏSƏBƏSİ DƏ SÜRÜŞDÜ
ZIĞ QƏSƏBƏSİ DƏ SÜRÜŞDÜ2-04-2012, 11:53 |
NƏTİCƏDƏ YAŞAYIŞ SAHƏLƏRİ TƏHLÜKƏ ALTINA DÜŞÜB Azərbaycan paytaxtının Zığ qəsəbəsində, Həzi Aslanov küçəsi - 76 ünvanında qrunt sularının təsiri nəticəsində torpaq çökməsi prosesləri baş verib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, baş vermiş çökmə prosesləri ərazidə yerləşən binaların konstruktiv elementlərinə ziyan vurub: “Qrunt suları texnogen mənbəli olub ətrafda yamac boyu, yuxarıda yerləşən evlərin şambolarından (kanalizasiya quyusu) süzülmə nəticəsində formalaşıb”. Geri qayıt |