Əsas Səhifə > Hadisə > AZ QALA BÜTÜN HÖKUMƏT “PEREVAL”DADIR

AZ QALA BÜTÜN HÖKUMƏT “PEREVAL”DADIR


30-03-2012, 12:18
AZ QALA BÜTÜN HÖKUMƏT “PEREVAL”DADIR

MƏMURLAR SÜRÜŞMƏ ZONASINA BAXIŞ KEÇİRİRLƏR

Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə hökumət nümayəndələrindən ibarət heyət sürüşmə baş verən Ağsu aşırımına gəlib.

APA-nın xəbərinə görə, heyətə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov və digər şəxslər daxildir. Hökumət nümayəndələri Ağsu aşırımında sürüşmə baş verən ərazilərə baxış keçiriblər.

Heyət daha sonra Şamaxı rayonunun sürüşmə baş verən Muğanlı kəndinə gedəcək. Hökumət nümayəndələrinin ərazidə müşavirə keçirəcəyi gözlənilir.

Məlumatlara görə, müşavirədə sürümə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün yeni evlərin harada tikilməsi barədə yekun qərar veriləcək.


Geri qayıt