Əsas Səhifə > Cəmiyyət > RUSLAN BƏŞİRLİNİN ŞİKAYƏTİNƏ BAXILACAQ

RUSLAN BƏŞİRLİNİN ŞİKAYƏTİNƏ BAXILACAQ


7-10-2011, 16:32
RUSLAN BƏŞİRLİNİN ŞİKAYƏTİNƏ BAXILACAQ

BU BARƏDƏ MƏHKƏMƏ QƏRAR VERDİ

Oktyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində məhbus fəal, “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin şikayəti ilə bağlı hazırlıq iclası olub. Şikayət Bakının Nizami Rayon Məhkəməsinin qərarından verilib. Avqustun 22-də Penitensiar Xidmətin Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində Ruslan Bəşirlinin vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə baxılıb. Müraciət təmin olunmayıb.

Ruslan Bəşirlinin vəkili Tahir Xanəliyev “Media forum” saytına deyib ki, aşağı məhkəmənin qərarı heç bir hüquqi əsasa söykənilmədən çıxarılıb: “Qərarda 2007-ci ildə Ruslan Bəşirli barəsində tətbiq edilən tənbeh tədbirləri öz əksini tapmışdı. Ancaq bu tənbeh tədbirləri bir il müddətində tətbiq edilmirsə, qüvvəsini itirmiş sayılır. 2007-ci ildən 2011-ci ilə qədər Ruslan Bəşirli barəsində heç bir tənbeh tədbiri olmayıb. Bu səbəbdən qərardan apellyasiya şikayəti vermişik”.

Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə oktyabrın 12-də baxılacaq. Bu gün hazırlıq iclasında hakim Camal Ramazanov belə qərar verib.

AXCP üzvü olan Ruslan Bəşirli 2005-ci il avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb.


Geri qayıt