Əsas Səhifə > Hadisə > İCRA BAŞÇISI BİR AİLƏNİ BİTİRİR?

İCRA BAŞÇISI BİR AİLƏNİ BİTİRİR?


29-03-2012, 12:57
İCRA BAŞÇISI BİR AİLƏNİ BİTİRİR?

İNDİ DƏ İNTİHAR EDƏN QADININ QARDAŞI HƏBS EDİLİB

"Turan"ın məlumatına görə, martın 28-də Xaçmaz sakini Təranə Həbibova yaşadığı beşmərtəbəli binanın damında özünü atıb. Bacısının ölüm xəbərini eşidən Cavid Həbibov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə hücum çəkib, ona şillə vurub.

Jurnalistlərə açıqlamasında Cavid Həbibov deyib: “Bacımın ölüm xəbərini eşidəndə şoka düşdüm, nə edəcəyimi bilmirdim. İcra hakimiyyətinə getdim və Şəmsəddin Xanbabayevi vurdum. İcra hakimiyyətinin işçiləri isə məni döydülər”.

Yerli mənbələrin fikrincə, gənc qadını intihara yerli hakimiyyət və hüquq mühafizə orqanlarının onun ailəsinə qarşı ədalətsiz münasibəti vadar edib. Mərhumun bacısı Gülnarə Həbibova və qardaşı Fuad Həbibov dəfələrlə mətbuat konfransı keçirərək bildiriblər ki, hüquq mühafizə orqanları onların anası Nəcibə Həbibovanın qətlini qəsdən araşdırmır.

Nəcibə Həbibova 2010-cu il noyabrın 15-də öz mənzilində qətlə yetirilib. O, Xaçmazdakı “Arzu”Ticarət Mərkəzinin sahibi olub. Övladları əmindir ki, qətl bu obyekti ələ keçirmək üçün törədilib. Həbibovlar bildirirlər ki, Şəmsəddin Xanbabayev 2002-ci ildə icra başçısı təyin edildikdən sonra “Arzu” ticarət mərkəzinin onlardan alınması məqsədilə ailəyə təzyiqlər olub.

Musavat.com əməkdaşının əldə etdiyi məlumata görə, C.Həbibov həbs olunub.


Geri qayıt