Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ HƏSƏNOVUN QOHUM ŞƏBƏKƏSİ
ƏLİ HƏSƏNOVUN QOHUM ŞƏBƏKƏSİ29-03-2012, 11:21 |
“RETRO”-NUN SAHİBİ EMİL ŞƏRİFOV ƏLİ HƏSƏNOVUN YAXIN QOHUMUDUR DİA.AZ: - Keçən günlərdə Nəsimi rayonu ərazisində Zabitlər parkının içində yerləşən RETRO restoranıyla bağlı geniş yazı dərc etmişdik. RETRO restoranının sahibi ROYAL bankın 1 saylı filialının müdiri Hikmət Rəcəbov olsa da həmən restoranı işlədən Emil Şərifov və onun Vergilər Nazirliyinin Audit departamentində işləyən dostu Fuad Daşdəmirovdur. Yeri gəlmişkən, ötən yazımızda qeyd etmişdik ki, Fuad Daşdəmirov Nəsimi rayonu ərazisində yerləşən marketin sahibi Məcidovu aldadaraq ondan 50.000 ABŞ dolları alıb və ona söz verib ki, vergi ilə bağlı onun heç bir problemi olmayacaq. Sonra sahibkarın vergi ilə bağlı problemi ortaya çıxanda Məcidov məcbur olub Fuad Daşdəmirovdan 50 min dollar pulunu geri istəyib. Ancaq dəfələrlə bu problem mətbuatda qaldırılsa da Fuad Daşdəmirov sahibkarın pulunu geri qaytarmır. Hətta sahibkar bu barədə vergilər naziri Fazil Məmmədova şikayət etsə də bu problem aradan qaldırılmayıb. Ona görə də sahibkar məcburiyyət qarşısında qalaraq Fuad Daşdəmirovdan və ona havadarlıq edən nazir Fazil Məmmədovdan prezidentə müraciət edib. Hazırda sahibkar Fuad Daşdəmirovun çirkin əməlləri ilə bağlı mətbuat konfransı keçirtməyə hazırlaşır. Onu da qeyd etmişdik ki, Fuad Daşdəmirov Emil Şərifovla dost olduğu üçün RETRO restoranına “krışalıq” edir və restoranın aylıq qazancına şərikdir. Buna görə də 10 ilə yaxındır ki, Vergilər nazirliyinin işçiləri restoranı unudublar. Ötən yazılarımızdan məlumdur ki, RETRO restoranını işlədən Emil Şərifov isə keçmiş taxıl naziri Əli Məmmədovun qızının həyat yoldaşı olub. Emil Şərifov həm də Şamaxıda poçt müdiri işləmiş Mübariz Şərifovun oğludur. Məsələnin ən maraqlı tərəfi odur ki, uzun müddətdir ki, vergidən yayınan Emil Şərifov həm də Prezident Administrasiyasının ictima-siyasi şöbəsinin müdiri Əli Həsənovun yaxın qohumudur. Daha dəqiq desək, Əli Həsənovun Dövlət Gömrük Komitəsinin Təhqiqat İdarəsində rəis muavini işləyən qardaşı oğlu Anar Həsənov Mübariz Şərifovun kürəkənidir. Vaxtilə Əli Həsənov Şamaxıda poçt müdiri işləyən Mübariz Şərifovu rayona icra başçısı qoydurmaq üçün çox çalışmışıdır. Ancaq o zamanlar mərhum prezident Heydər Əliyev şamaxılıların etirazını nəzərə alaraq Əli Həsənovun arzusunu yerinə yetirməmişdir. Məlumat üçün bildirək ki, Əli Həsənovun qardaşı İsa Həsənov Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavinidir. Və yeri gəlmişkən, bildirək ki, Sabunçu rayonunda qanusuz satılan torpaq sahələrindən gələn gəlirlərin xeyli hissəsi İsa Həsənova çatır. Yuxarıda qeyd etdiyimiz kimi İsa Həsənovun oğlu Anar Həsənov Dövlət Gömrük Komitəsinin Tədqiqat İdarəsinin Rəis muavinidir. Vaxtilə Emil Şərifovun keçmiş taxıl nazirinin qızını boşamasında da Həsənov qardaşlarının rolu olub. Və əvəzində ona atasının Şamaxıya icra başçısı göndəriləcəyinə söz veriblər. Ancaq bu iş baş tutmayıb. Əvəzində isə 17 milyon pulla Rusiyaya qaçan keçmiş taxıl məhsulları naziri Əli Məmmədovla Emil Şərifovun qohumluğu pozulub. Yəni atasının icra başçıs təyin olunacağı müqabilində ailəsini dağıdan Emil Şərifov hazırda peşiman olub köhnə qohumluğu bərpa etmək istəyir. Hətta DİA.AZ-a daxil olan məlumata görə, Şərifovlar ailəsi ilə Məmmədovlar barışıblar. Növbəti yazımızda qolları “nakolka”lı-taturovkalı icra məmurundan bəhs edəcəyik. Geri qayıt |