Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT HEYDƏR ƏSƏDOVLA YOLLARINI AYIRIR

HAKİMİYYƏT HEYDƏR ƏSƏDOVLA YOLLARINI AYIRIR


29-03-2012, 11:14
HAKİMİYYƏT HEYDƏR ƏSƏDOVLA YOLLARINI AYIRIR

RÖVNƏQ ABDULLAYEV HESABLAMA PALATASININ SƏDRİNDƏN QİSAS ALIB

DİA.AZ: - Hesablama Palatasının sədri Heydər Əsədov bir zamanlar Rövnəq Abdullayevlə açıq mübarizəyə səbəb olan açıqlamasının ardından adını ARDNŞ şefinin “qara siyahısı”na saldırmağa müvəffəq olub. Xatırladaq ki, HP rəhbəri qurumun açıqladığı hesabatında Rövnəq Abdullayevin kurasiyasında olan "Azəriqaz"ın fəaliyyətini kəskin şəkildə tənqid etmişdi. O, bildirmişdi ki, qurumda aparılan yoxlamalar nəticəsində Bakı kəndlərinin qazla təchiz edilməsi ilə bağlı investisiya layihələrində bir sıra nöqsanlar aşkar edilib: “Bu nöqsanlara işin həcminin artırılması, ofşor zonalarda qeydiyyatdan keçmiş çox aşağı reytinqli müəssisə və təşkilatlarla iş görülməsi, itkilərə yol verilməsi, tenderin düzgün keçirilməməsi daxildir".

Onu da qeyd edək ki, HP sədri eyndi zamanda təhsil nazirti Misir Mərdanova da “ilişərək” Bakı Baş Təhsil İdarəsində apaırlan yoxlamalar nəticəsində də nöqsanların aşkarlandığını bildirmişdi. Doğrudur, bu yoxlamalar nəticəsində cinayət xarakterli fktlar tapılmamışdı. Amma istənilən halda Misir Mərdanov həmin açıqlamadan nəsbini almış oldu.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Hesablama Palatasının bu kimi hücumlarının davamlı olaraq hədəfinə çevrilən ARDNŞ rəhbəri Rövnəq Abdullayev də əlinə düşən ilk fürsətdəcə Heydər Əsədovdan qisasını alıb. Bu barədə məlumatı redaksiyamızı hakimiyyət içindəki mötəbər mənbələr veriblər.

Məlumatlı qaynağın iddiasına görə, bu günlərdə Hesablama Palatasının rəhbəri Heydər Əsədovun taleyi yuxarı instansiyalarda müzakirə olunub. «Həmin müzakirədə HP-nin gələcəyi ilə bağlı digər oliqarx-məmurların münasibətləri, fikirləri öyrənilib» deyən mənbəmiz vurğulayır ki, Heydər Əsədovun əleyhinə ən kəskin çıxışı məhz Rövnəq Abdullayev edib.

Mənbəmizin söylədikləri: «Əslində bu müzakirələr simvolik xarakter daşyıdığından heç nəyi həll etmir. Sadəcə olaraq davamlı şəkildə bu kimi müzakirələrdə məmurların digər komanda üzvlərinə olan münasibətləri öyrənilir. Və Rövnəq Abdulayev də davamlı olaraq ona qarşı hesabatları ilə diqqətə gələn Heydər Əsədovdan qisasını alıb».

Bu müzakirələrin nə ilə bitəcəyi haqda qəti fikir bildirməsə də, mənbəmiz yalnız bunları söylədi ki, əgər dartışmalar, fikir mübadiləsi varsa, deməli, Heydər Əsədovun da mövqeləri zəifləyib: «Bu həm də o deməkdir ki, yaxın günlərdə Hesablama Palatasının rəhbərliyi dəyişə bilər. Sözügedən müzakirəni də məlum dəyişikliyə bir tədarük kimi qiymətləndirmək lazımdır».


Geri qayıt