Əsas Səhifə > Hadisə, Manşet > DAHA BİR RAYONUN BAŞÇISI DƏYİŞİR

DAHA BİR RAYONUN BAŞÇISI DƏYİŞİR


27-03-2012, 15:17
DAHA BİR RAYONUN BAŞÇISI DƏYİŞİR

ŞİRVANIN BAŞÇISI OLAN NAZİR QARDAŞI BAKIYA GƏTİRİLİR

DİA.AZ: - Bir müddət əvvəl Bakı şəhər icra hakimiyyətinin başçısı postuna - Hacıbala Abutalıbovun yerinə təyin ediləcəyi ilə bağlı xəbərləri yayılan Müdafiə Sənayesi nazirinin qardaşı, hazırda Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov mətbuat səhifələrində geniş şəkildə tənqid edilməkdədir. Buna səbəb kimi isə Şirvanda yaşanılan məmur özbaşınalığını, başçıdan olan narazılığın geniş vüsət almasını göstərilir.

Bu arada hakimiyyət içindəki məlumatlı mənbələrdən Yavər Camalovun qardaşı ilə bağlı ilginc faktlar əldəetmişik. Hökumət içindəki qaynaq DİA.AZ-a iddia edir ki, Mərdan Camalovdan şikayətlərin artması yuxarıların da diqqətindən yayınmayıb və bu səbəbdən onun icra başçısı posğtundan çıxarılması planlaşdırılır. Amma başçının nazir qardaşının hakimiyyət içində çox ciddi çəkiyə malik olması və hətta Yavər Camalovun birbaşa olaraq prezidentlə dostluq əlaqələrində olması nədənləri imkan vermir ki, Mərdan Camalov biabırçı formada postundan alınsın.

Mənbəmiz bildirir ki, artıq bütün bu prosesdən xəbərdar olan nazir qardaşının yenidən başqa bir vəzifəyə təyin edilməsi üçün çabalar sərf etməkdədir: «Artıq Yavər Camalov qardaşı üçün Hesablama Palatasında müvafiq post da ayarlayıb və yaxın günlərdə Mərdan Camalov Şirvandan sözügedən quruma transfer olunacaq».

Xatırlaldaq ki, Qubada baş verən olayların ardından bir çox bölgələrdə ayaqlanmalar müşahidə olunmaqdadır ki, bu da hakim düşərgədə ciddi narahatçılıq yaradıb. Ona görə də, birbaşa olaraq Prezident Administrasiyasının xətti ilə bütün bölgələr ciddi şəkildə təftiş edilir və ən çox narazılıq olan rayonların başçıları ilə bağlı hesabat hazırlanır ki, sonradan müvafiq ölçülər vəziyyət kəskinləşmə həddinə çatmadan götürülə bilsin. Məlumatlara görə artıq gərginlik həddi yüksək olan rayonların tam siyahısın tutulub ki, həmin rayonlar arasında Şirvanın da adı var.


Geri qayıt