Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOVUN YERİNƏ DEPUTAT HAZIRLANIR

İSMƏT ABBASOVUN YERİNƏ DEPUTAT HAZIRLANIR


27-03-2012, 12:12
İSMƏT ABBASOVUN YERİNƏ DEPUTAT HAZIRLANIR

ELDAR İBRAHİMOV KƏND TƏSSƏRRÜFATI NAZİRİ POSTUNA İDDİALIDIR

DİA.AZ: - Kənd təsərrüfatı naziri vəzifəsindən uzaqlaşdırılır. Bu barədə redaksiyamıza hökumətdəki mənbə məlumat verib. Bildirilir ki, hökumətdə nazir İsmət Abbasovun yaxın günlərdə vəzifəsindən alınacağı xəbəri dolaşır. Məlumatlara görə, İ.Abbasovun gedişinə səbəb heç də vəzifəsinin öhdəsindən gələ bilməməsi deyil. Kənd təsərrüfatı nazirinin başqa bir nazirlə mübarizədə məğlub olduğu deyilir. Lakin məsələ ondadır ki, İ.Abbasovun gedişi başqa formada olacaq. Belə ki, nazirin öz ərizəsi ilə vəzifədən gedəcəyi barədə də məlumatlar var. Nazir guya səhhəti ilə əlaqədar vəzifəsini icra edə bilmədiyi üçün ərizə yazacaq və necə deyərlər, üzüsulu gedəcək.

Mənbəmizin DİA.AZ-a verdiyi məlumatın digər bir məqamı yeni kənd təsərrüfatı nazirinin artıq müəyyənləşməsi ilə bağlıdır. Belə ki, mənbənin sözlərinə görə, bu posta əvvəlcədən də deyildiyi kimi, deputat Eldar İbrahimovun namizədliyi artıq reallaşmaq üzrədir. Parlamentlə əlaqələri olan ekspertlərdən birinin sözlərinə görə, Aqrar siyasət komitəsinin sədri olan E.İbrahimov artıq özünü nazir kimi aparır: «Birbaşa kənd təsərrüfatına aid olan məsələlərlə bağlı təkliflər verir, xeyli qanun layihələri hazırlayıb təqdim edib. Artıq o, öz dövrünə hazırlıq görür. Amma əgər E.İbrahimov kənd təsərrüfatı naziri olsa, vəziyyət daha da qəlizləşəcək. İsmət Abbasov nə qədər qeyri-peşəkar olsa da, Eldar İbrahimov ondan da yarıtmazdır».

Yaxın günlərdə kənd təsərrüfatı naziri istefa ərizəsi yazsa, bilin ki, bu, onun öz istəyi ilə deyil. Sadəcə olaraq, onun uzun illər Kənd Təsərrüfatı Nazirliyində xidmət etməsi (qeyd edək ki, İ.Abbasov 1997-2004-cü illərdə kənd təsərrüfatı nazirinin birinci müavini olub, 2004-cü ilin oktyabrından bəri isə nazir vəzifəsində çalışır) nəzərə alınaraq vəzifədən bu cür getməsinə şərait yaradılır.

Eldar İbrahimova gəlincə, qeyd etdiyimiz kimi, ekspertlər onu bu vəzifə üçün peşəkar kadr hesab etmirlər. Bildirilir ki, o, əvvəllər «Azərittifaq»ın rəhbəri olanda da yarıtmaz fəaliyyəti ilə seçilib.


Geri qayıt