Əsas Səhifə > Gündəm, Manşet > BAKI «BT»-SİNDƏ NƏLƏR BAŞ VERİR?
BAKI «BT»-SİNDƏ NƏLƏR BAŞ VERİR?27-03-2012, 12:04 |
RƏİS MÜAVİNİ SEYMUR ƏLİYEVİ TRANSFERİNİN PƏRDƏARXASI TƏRƏFLƏRİ DİA.AZ: - Ötən gün özəl mənbədən redaksiyamıza daxil olan məlumatda Bakı «BT»-sinin rəis müavini Seymur Əliyevlə bağlı maraqlı məlumatlar yer alıb. Mənbənin DİA.AZ-a bildirdiyinə görə, bundan öncə Abşeron «BT»-sində rəis müavini postunda çalışan və o vaxtdan vətəndaşlar arasında korrupsioner dövlət məmuru kimi tanınan Seymur Əliyev, bir neçə həftə bundan öncə təyin edildiyi yeni vəzifəsində də köhnə vərdişindən əl çəkməyib. İlk öncə S.Əliyevin Abşeron BT-sinin rəis müavini olduğu dönəmdəki fəaliyyətinə toxunan mənbə, adıçəkilən məmurla bağlı ilginc məqamlara toxunub: «S.Əliyevin kimliyi və iş prinsipi yolu Abşeron BT-sinə düşən hər kəsə yaxşı bəllidir. Bütün fəaliyyəti boyu maddi maraqlarını qanunun tələbindən üstün tutan və ona müraciət edən vətəndaşların təqdim etdiyi sənədlərdən öncə onların cibinə nəzər salan S.Əliyev, Abşeron BT-sində çalışdığı müddət ərzində yol verdiyi qanunsuzluq səbəbilə yüzlərlə insanın narazılığına səbəb olub. Pulsuz bir qarış da olsun torpağın sənədləşdirilməsinə razılıq verməyən S.Əliyev sonda insanların kütləvi etirazı və qəzəbi səbəbilə Abşeron BT-sindəki postunu tərk etməyə məcbur olub». Mənbənin məlumatına görə, Abşeron rayonuna tabe olan bütün kənd və qəsəbələrdən rəhbər mövqe tutduğu BT-yə müraciət edən insanların hamısından qeyri-qanuni pul tələb edən və yalnız öz maddi marağını təmin etdikdən sonra qanunun vətəndaşlara tanıdığı haqqı onlara bəxş edən S.Əliyevin özbaşınalığı dəfələrlə sadə vətəndaşlarla onun arasında ciddi qarşıdurmalara səbəb olub: «S.Əliyevin özbaşınalığıdan usanan insanların bir çoxu Abşeron BT-sinə gələrək öz etirazını aqressiv şəkildə dilə gətirir, bu isə çox zaman tərəflər arasında qarşıdurmalara səbəb olurdu. Hətta iş o yerə çatmışdır ki, S.Əliyev «arzuedilməz» insanların BT-yə gəlişini əngəlləmək və «artıq vaxt itirməmək» üçün sözügedən idarənin mühafizəsinə təhkim edilən polis nəfərlərinə «hər gələni içəri buraxmamağı» tövsiyyə etmişdir. S.Əliyevin qəbuluna yalnız o şəxslər girə bilərdi ki, onlar torpaqlarını sənədləşdirmək üçün onlardan tələb olunan məbləği adıçəkilən şəxsə təqdim edib və ya məbləğin miqdarı ilə bağlı sövdələşmək niyyətindədir». Mənbənin sözlərinə görə, S.Əliyevin bu dəsti-xətti sonda Bakının Mehdiabad kənd sakinlərinin Abşeron BT-sinə hücumu ilə nəticələnib. S.Əliyevin özbaşınalıqlarından cana doyaraq Abşeron BT-sinə gələn və öz haqlarını tələb edən qadın şikayətçilər yalnız S.Əliyevə deyil, bütövlükdə idarə əməkdaşlarına çətin anlar yaşadıb: «Ötən ilin 17 avqust tarixində Abşeron BT-sinə gələn 3 nəfər Mehdiabad kənd sakini S.Əliyevdən qanunun tələblərinə əməl etməyi, süründürməçiliyə son qoymağı tələb edib. Haqları olan torpağı sənədləşdirmək üçün ona dövlət rüsumundan başqa bir qəpik də olsun pul verməyəcəklərini bildirən qadın şikayəıtçilər, S.Əliyevi ifşa edən ciddi ittihamlar irəli sürüb. Kəskin qarşıdurma şəraitində davam edən mübahisə şikayətçilərin BT ərazisindən uzaqlaşdırılması ilə nəticələnsə də, baş verənlərdən sonra S.Əliyevin «hamisi» ona daha bu postda çalışmağın məqsədəuyğun olmadığını bildirib. Məhz bundan sonra şəxsi əlaqələrini işə salan S.Əliyev Abşeron BT-si ilə vidalaşaraq Bakı BT-sində zühur edib. Lakin qaçaq korrupsionerin Bakı BT-sində zühurunun da onun üçün səssiz-səmirsiz ötüşməyəcəyi artıq indidən özünün hiss etdirməkdədir». Mənbənin bildirdiyinə görə, Abşerondakı rüsvayçılıqdan sonra Bakı BT-sinə təyinat alan S.Əliyev bu kəs mahiyyətcə eyni, formaca fərqli taktika sərgiləməyə başlayıb. S.Əliyev həmçinin vətəndaşların qanunsuz müraciətlərini də bəlli bir məbləğ qarşılığında qəbul etməklə faktiki olaraq başqa şəxslərin hüquqlarını pozur ki, bu da gələcək qarşıdurmalar üçün zəmin rolunu oynayır. İşin ən maraqlı tərəfi isə S.Əliyevin etdiyi qanunsuzluqlara özünməxsus tərzdə haqq qazandırması ilə bağlıdır. Belə ki, bir vətəndaşın haqqına qəsb etməklə başqa bir vətəndaşın qanunsuz istəyini reallığa çevirən S.Əliyev, bunu «xeyirxah» təbiəti ilə izah edir. Geri qayıt |