Əsas Səhifə > Ölkə > “KÜR” NÖVBƏTİ HESABATINI HAZIRLAYIB

“KÜR” NÖVBƏTİ HESABATINI HAZIRLAYIB


27-03-2012, 12:00
“KÜR” NÖVBƏTİ HESABATINI HAZIRLAYIB

HESABATDA BİR SIRA TÖVSİYYƏLƏR İRƏLİ SÜRÜLÜB

DİA.AZ: - 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı özünün növbəti hesabatını hazırlayıb. “2010- cu ilin Kür Araz daşqınları; hazırkı vəziyyət, bölgənin durumu və inkişafı haqqında” adlanan Hesabatda son aylarda Qərargah tərəfindən daşqın bölgəsində aparılmış monitorinqlərin yekunları, fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, mövcud problemlər, yerli sakinləri narahat edən məsələlər, regionun sosial- iqtisadi inkişafı ilə bağlı vəziyyət və s. araşdırılıb.

DİA.AZ-a verilən məlumatda deyilir ki, hesabat öncəsi “Kür” Cəmiyyəti tərəfindən Mingəçevir Su Anbarında və Kür çayının Xəzər dənizinə tökülən hissəsində- deltada vəziyyət öyrənilmiş, Kür Araz çayları boyunca aparılmış bəndvurma və sahil bərkitmə işləri monitorinq edilmiş, ümumi vəziyyətin ölkədə yaxın zamanlarda ehtimal olunan daşqın və digər fəlakətlərin qarşısının alınmasında nə dərəcədə adekvat ola biləcəyi təhlil edilib.

Sənədin əsas bölümündə Kür Araz daşqınların baş verdiyi Aran bölgəsində hazırki sosial iqtisadi vəziyyət araşdırılmış, kənd təsərrüfatının inkişafına mane olan səbəblər, yerli sakinlərin öz təsərrüfatlarını idarə edilməsində üzləşdiyi problemlər qeyd olunmuş və problemdən çıxış yolları barədə təkliflər irəli sürülüb.

Hesabatın nəticələr bölümündə ümumi vəziyyət dəyərləndirilmiş, həm daşqınların nəticələrinin tam aradan qaldırılması və infrastrukturun bərpa olunması, həm də regionun sosial- iqtisadi inkişafı ilə bağlı hökümətə ünvanlanan bir sıra tövsiyyələr qeyd olunub.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanmış hesabatın 28 mart 2012- ci ildə saat 12 00- da Repartiyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun konfrans zalında təqdimatı keçiriləcək.


Geri qayıt