Əsas Səhifə > Hadisə > İCRA BAŞÇISI GERİ ÇƏKİLMƏLİ OLDU
İCRA BAŞÇISI GERİ ÇƏKİLMƏLİ OLDU26-03-2012, 16:37 |
GƏNCƏDƏKİ EŞŞƏK ABİDƏSİ GÖTÜRÜLDÜ Gəncə şəhərinin Cavadxan küçəsində qoyulmuş eşşək abidəsi götürülüb. Bu barədə Modern.az saytının Gəncədəki əməkdaşı xəbər verib. Xatırladaq ki, Gəncə şəhərində eşşəyə abidə qoyulması haqda ilk olaraq martın 24-də Modern.az informasiya yaymışdı. Və bu xəbər ölkə mediasında da geniş işıqlandırılmışdı. Gəncə şəhəri İcra Hakimiyyətinin rəsmiləri bildirmişdilər ki, şəhərdə aparılan quruculuq-abadlıq işləri çərçivəsində uzunqulaq abidəsinin qoyulmasında qəbahət görmürlər. Bundan sonra sosial şəbəkələrdə gəncəlilər bu olaya sərt reaksiya vermişdilər. Görünür, şəhər rəhbərliyi gəncəlilərin rəyini nəzərə almağı məcbur olub. Geri qayıt |