Əsas Səhifə > Siyasət, Manşet > İRAN CASUS MƏSƏLƏSİNİ ŞİŞİRDİR

İRAN CASUS MƏSƏLƏSİNİ ŞİŞİRDİR


26-03-2012, 12:26
İRAN CASUS MƏSƏLƏSİNİ ŞİŞİRDİR

İSRAİLİN AZƏRBAYCANA CASUS YARDIMI İLƏ BAĞLI YENİ İDDİA

DİA.AZ: - İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “AranNews” portalı Azərbaycan-İsrail münasibətləri ilə bağlı yeni məlumat yayıb. Xəbərdə deyilir: “Regiondakı müstəqil siyasi dairələr və İran mediası son illər ərzində İsrailin Azərbaycan Respublikası ərazisindən istifadə etməklə İran əleyhinə casusluğuna aid nümunələri dəfələrlə ifşa etməsinin ardınca, bu dəfə "Çağdaş İranı Araşdırma Mərkəzi"nin prezidenti açıqladı: "Əldə olan məlumatlar göstərir ki, İsrail rejiminin xüsusi xidmət orqanları Azərbaycan Respublikasından İrana qarşı radioelektronik casusluq üçün istifadə edirlər".

Rəcəb Səfərov AR Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bu işdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və İsrail kəşfiyyat xidməti orqanları (Mossad) ilə əməkdaşlıq etməsini güman etdiyini də bildirdi.

Bakı dövlətinin təhlükəsizlik orqanları son illər ərzində ABŞ və İsrail kəşfiyyat orqanları ilə güclü əlaqələr qurublar. Rəcəb Səfərovun İsrailin İrana qarşı Azərbaycan ərazisindən casusluq etməsi barədəki nəzərlərini Rusiyanın "Vedmosti" qəzeti nəşr etmişdir.

Qəzetin yazdığına əsasən, "Çağdaş İranı Araşdırma Mərkəzi"nin prezidenti və Rusiyanın xüsusi xidmət orqanlarının sabiq işçisi Rəcəb Səfərov qəzetə verdiyi müsahibəsində izah edib: "AR MTN-nin bəyanatının mənası budur ki, adətən, müharibə zamanı və müharibədən sonra fəaliyyət göstərmək üçün təşkil edilən casusluq şəbəkələri bu ölkədə məhv olubdur".

Regiondakı müstəqil siyasi dairələrin çoxu İsrailin Bakı dövlətinin köməkliyi ilə bu ölkənin ərazisindən istifadə edərək İran əleyhinə casusluğunu dəfələrlə ifşa ediblər. Amma bu açıqlamalar hər vaxt diplomatik dairələrə çəkilirsə, azəri rəsmiləri xəbərləri məhz təkzib etməklə kifayətlənirlər”.

Maraqlıdır ki, İran bu dəfə də hansısa Azərbaycan vətəndaşının söylədiklərini ölkəmizə qarşı istifadə edib. Hər halda bu istiqamətdə dövlətin müvafiq qurumları işləsələr, daha yaxşı olar...


Geri qayıt