Əsas Səhifə > Gündəm, Manşet > MİNGƏÇEVİRDƏ «BAŞÇI KİMDİR» HƏYƏCANI

MİNGƏÇEVİRDƏ «BAŞÇI KİMDİR» HƏYƏCANI


26-03-2012, 12:10
MİNGƏÇEVİRDƏ «BAŞÇI KİMDİR» HƏYƏCANI

ZİYA MƏMMƏDOVUN NƏZARƏT ZONASININ GENİŞLƏNMƏSİ GÖZLƏNİLİR

DİA.AZ: - Qubadakı 1 mart olaylarının ardından Mübariz Ağayevin devrilmiş Rauf Həbibovun təyin edilməsi əticəsində ölkənin 4-cü ən böyük şəhəri olan Mingəçevir icra başçısız qalıb. Və elə bu səbəbdən yerli məmurlar, həmçinin elə şəhər sakinlərinin özləri də «növbəti başçı kim olacaq» sualını müzakirə etməkdədir.

Redaksiyamızın Mingəçevirdən əldə etdiyi məlumatlardan aydın olur ki, yerli məmur çevrəsində bir neçə namizədin şanslılığı müzakirə olunmaqdadır. Namizədlərdən birinin isə daha real olduğu da söylənilir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Mingəçevirin növbəti icra başçısını da nəqliyyat naziri Ziya Məmmədov müəyyən edəcək. Bildirək ki, bir neçə gün əvvəl şəhərin təkrarən «Azenerji»nin prezidenti Etibar Pirverdiyevə qaytarılması barədə məlumatlar yayılmışdı. Lakin hakimiyyətdəki mənbəmiz bunun doğru olmadığını bildirməklə yanaşı, qeyd etdi ki, yenə də NN şefinin sözü hər şeyi həll edəcək.

Hələlik növbəti başçının kimliyi barədə çox az bilgilər əldə etmişik. Verilən xəbərə görə, hazırda nəqliyyat nazirliyinin strukturlarında çalışan potensial namizəd əslən Tovuz rayonundandır. Onu da bildirək ki, həmin şəxs eyni zamanda Ziya Məmmədov üçün dəyərli kadrlardan biri kimi də tanınır.

Lakin bir daha təkrarlayırıq ki, başqa namizədlər də var. Məsələn, namizədlər içində bir zamanlar Mingəçevirdə rəhbər vəzifələrdə çalışmış Ramiz Göyüşovla Əli Quliyevin də adları çəkilir. Eyni zamanda Mingəçevirin hazırki polis rəisinin də adını hallandıranlar var. Lakin son qərar hələlik verilməyib. Və bildirilənə görə, Mingəçevirin Mübariz Ağayevdən sonrakı rəhbərinin kimliyi sabah bəlli olacaq.

Bizi izləyin…


Geri qayıt