Əsas Səhifə > Ölkə > OLİQARXLARIN NAXÇIVAN SEVGİSİ

OLİQARXLARIN NAXÇIVAN SEVGİSİ


24-03-2012, 13:21
OLİQARXLARIN NAXÇIVAN SEVGİSİ

MƏMURLAR MR-Ə “EHTİYAT ENMƏ ZOLAĞI” KİMİ BAXIR

Dünən Naxçıvan Muxtar Respublikasından redaksiyamıza maraqlı bir məlumat daxil olub. Muxtar respublika sakini gundeminfo-ya bildirib ki, son bir ərzində Şərur rayonunda və Naxçıvanın mərkəzində ona yaxın villanın inşa edilməsinə başlanılıb.

Məlumatı verən sakin bildirir ki, bu villilar Azərbaycan iqtidarından yüksək vəzifə tutan oliqarx-məmurlara məxsusdur. İddia olunur ki, həmin mülklərin sahibləri arasında Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da var.

Maraqlıdır ki, bu məsələ ilə bağlı olaraq aparılan araşdırmalar nəticəsində bir neçə əlavə mənbə ilə də əlaqə saxladıq. Mənbə informasiyanı təsdiqlədi. Bildirdi ki, məmurların Naxçıvanda özlərinə villa tikmələri ilə bağlı informasiyalar həqiqətə uyğundur. Hətta mənbələrimiz yaxın günlərdə bu villa şəhərciyinin fotolarının da təqlim ediləcəyini bildirdi. Başqa bir mənbə isə iddia etdi ki, villaları Türkiyənin məşhur tikinti şirkəti olan və hazırda Bakı şəhərində iri tikinti layihələri həyata keçirən DİA Holdinq inşa edəcək.

Hər halda bu informasiya da bir daha onu göstərir ki, artıq oliqarx-məmurlar özləri üçün ehtiyat yaşayış məskənləri seçirlər. Onların niyə məhz Naxçıvanı seçmələri isə kifayət qədər diqqəti çəkəndir. Böyük ehtimalla istənilən anda iqtidarın aparıcı şəxsləri özlərini muxtar respublikada daha çox güvəndə hiss edərək, balaca bir respublika quracaqlarına əmindirlər.


Geri qayıt