Əsas Səhifə > Siyasət, Manşet > MAY AYINDA AMNİSTİYA QƏRARI VERİLƏCƏK

MAY AYINDA AMNİSTİYA QƏRARI VERİLƏCƏK


24-03-2012, 13:12
MAY AYINDA AMNİSTİYA QƏRARI VERİLƏCƏK

PARLAMENTDƏ AMNİSTİYA AKTININ QƏBULU İLƏ BAĞLI MÜZAKİRƏ OLACAQ

DİA.AZ: - Son günlər mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə 10 may tarixində böük amnistiyanın olacağı barədə müzakirələr daha da intensivbləşib. Bir çox hüquq müdafiəçiləri bildiriblər ki, hakimiyyət dairələri bu məslədə konkret addım atmaq istəyir. Hətta bəzi qaynaqlar iddia edir ki, həmçinin amnistiya aktının may ayına qədər parlamendə müzakirə olunacağı da planlaşdırılır.

Amma parlamentdə amnistiyanın qəbulunu istəməyən deputatlar da az deyilmiş. Xatırladaq ki, belə bir açıqlamanı hələ keçən il amnistiya aktı ilə bağlı müzakirələrin aparıldığı ərəfədə Azərbaycanın İnsan Haqqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova mətbuata bildirmişdi. «Bəzi deputatlar düşünür ki, amnistiya aktına ehtiyac var, bəziləri isə bunun əksini deyir» deyən Elmira Süleymanova əslində məsələni mahiyyətindən yayındırırdı. Çünki Azərbaycanda deputatların hansı sistemdə çalışdığını hər kəs yaxşı bilir və «yuxarıların» qərarının olduğu təqdirdə onların hansısa prosesə qarşı çıxmalarının da imkansız olduğu məlumdur. Yəni amnistiya aktı heç də deputatların iradəsindən asılı olan məsələ deyil.

DİA.AZ-a bu istiqamətdə verilən məlumatlardan aydın olur ki, hakimiyyə «Avroviziya-2012» müsabiqəsi öncəsi həm beynəlxalq aləmə və həm də yerli ictimaiyyətə jest olaraq belə bir addımı ata bilər. Mənbəmizə görə, elə Novruz Bayramı ərfəsində imzalanan əfv fərmanının yalnız 2 siyasi məhbusa şamil edilməsinin də kökündə belə bir niyyətin varlığı faktoru dayanır.

Hələlik bu barədə müzakirələrin tam olaraq yekunlaşmadığını bildirən mənbəmiz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentdə amnistiya müzakirələrinin başlanma ehtimalının yüksək olduğunu da vurğuladı.


Geri qayıt