Əsas Səhifə > Siyasət, Manşet > BAYIL QƏSƏBƏSİ BLOKADAYA ALINIB
BAYIL QƏSƏBƏSİ BLOKADAYA ALINIB24-03-2012, 12:24 |
YÜK MAŞINLARININ İNTENSİV HƏRƏKƏTİ BÖYÜK TIXAC YARADIB DİA.AZ: - «Avroviziya-2012» yarışmasına sanılı günlərin qalması bu yöndəki inşaat tədarükünün də sürətləndirilməsinə nədən olub. Artıq «Büllur Saray»ın inşa edildiyi Bayıl qəsəbəsi ərazisində ciddi iş gedir və bu da öz növbəsində 35 min əhalisi olan Bayılda ciddi problemlər yaradıb. Sakinlərin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, səhər saatlarından qəsəbəyə giriş və çıxış yolları bağlanıb: «Yük maşınlarının hərəkətinin intensivləşməsi və onların saylarının artması onsuz da dar olan yollarda maşınların hərəkətini imkansız edib. Bayıldan «Azneft» meydanı istiqamətinə yön alan yol tamamən bağlanıb və adda-budda şəkildə maşınlar hərəkət edə bilirlər. Digər yandan yolların bərbad hala salınması da maşınların hərəkətini çətinləşdirib». Sakinlər onu da bildirdilər ki, hazırda ən böyük arzuları may ayının tezliklə yetişməsidir: «Hər kəs yorulub. Gah suyumuzu kəsirlər, gah da işığımızı. Sanki bir inşaat meydançasında yaşayırıq. İnsan öz şəxsi mənzilini içində yaşaya-yahaya təmir edəndə çilədən çıxır. indi təsəvvür edin, bütöv qəsəbə təmir içindədir… uşaqlarımızı dərsə aparıb gətirmək də zülmə çevrilib». Geri qayıt |