Əsas Səhifə > Gündəm, Manşet > KADR İSLAHATININ «65-LƏR» MÖVSÜMÜ
KADR İSLAHATININ «65-LƏR» MÖVSÜMÜ24-03-2012, 11:34 |
HAKİM KOMANDA YAŞLI MƏMURLARLA VİDALAŞMAĞA QƏRAR VERİB DİA.AZ: - Respublikamızda yaşı 65-i ötmüş dövlət qulluqçularının, ayrı-ayrı müəssisələrdə çalışan məmurların təqaüdə çıxarılmaları bir müddət öncə reallaşsa da, yaxın günlərdə bu prosesin növbəti mərhələsinə start veriləcək. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, «65-lər»in istefaya göndərilməsi hazırda ölkə iqtidarının gündəminin əsas mövzularından birinə çevrilib. Maraqlıdır, görəsən, işçilərini yaşlandıqlarına görə təqaüdə yollayan nazir və ya rəhbər işçilərdən hansılarının vaxtı yetişib? Əldə etdiyimiz informasiyalara görə, onların arasında yaşı 65-i hələ ki, haqlamayanları olsa da, bu yaşa bir neçə «bayram» qalanların, eləcə də bir neçə il adlayanların karyeralarına son qoyulacaq. respublikamızın qocaman kadrlarından sayılan Azərbaycan respublikası Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə I vitse-prezidenti Xoşbəxt Yusifzadə 82 yaşı olduğundan onun təqaüdə göndərilməsi gündəmdədir. Xatırladaq ki, Xoşbəxt müəllim 1930-cu il yanvarın 14-də doğulub və 82 yaşı var. Ötən həftə fəaliyyətinə toxunduğumuz İnsan haqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovanın isə yaxın aylarda 76 yaşı tamam olacaq. 17 iyul 1937-ci ildə anadan olan müvəkkilimizin də adının bu siyahıya salınıb-salınmayacağı yaxın günlərdə bəlli olacaq. Siyahıda baş nazirin 72 yaşlı müavini Abid Şərifovun da adı var. 1940-cı ilin yanvarında anadan olan Abid Şərifov çoxdan «65-lər» siyahısındadır. Verilən məlumatlarda qeyd olunur ki, bu siyahıda daha 2 nazirin və 3 komitə sədrinin adları var. Onların təqaüdə göndərilib-göndərilməyəcəkləri isə hələ məlum deyil. Geri qayıt |