Əsas Səhifə > Güney Press / Manşet > İSRAİLDƏN BAKIYA RƏDD CAVABI GƏLDİ

İSRAİLDƏN BAKIYA RƏDD CAVABI GƏLDİ


23-03-2012, 17:23
İSRAİLDƏN BAKIYA RƏDD CAVABI GƏLDİ

AZƏRBAYCAN ADINI В«QARA SİYAHIВ»DAN ÇIXARMAĞA MÜVƏFFƏQ OLMAYIB

DİA.AZ: - Bir neçə gün əvvəl məlum oldu ki, İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşları üçün terror təhlükəsinin real olduğu ölkələrin adını açıqlayıb və siyahıda Azərbaycanın da adı var.

Terrorla mübarizə qərargahı qeyd edir ki, söhbət davam edən potensial təhlükədən gedir, İsrail vətəndaşlarına zərurət olmadan Azərbaycana səyahət etməmək tövsiyə olunur.

Xəbərdarlıqda bildirilir ki, 6 apreldə başlayacaq Pesax yaz bayramları qeyd olunarkən terrorçuların xarici ölkələrdəki israillilərə, habelə yəhudi diasporuna hücum ehtimalı artır.

Bunda “Hizbullah” terror təşkilatı daha aktivdir. Hədəflər arasında isə israilli biznesmenlər və keçmiş yüksək vəzifəli dövlət qulluqçuları prioritet təşkil edir. Əsasən isə terrorun sui-qəsd və girov götürmə formalarına üstünlük verilir.

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ilin yanvarında Bakıda yəhudi ictimai xadimlərinə qarşı terror aktları planlaşdıran qrupu zərərsizləşdirdiyini açıqlayıb. Və İsrailin bu açıqlamasına Azərbaycan XİN-dən olduqca xəfif bir reaksiya verilib. XİN nümayəndəsi Elman Abdullayev sadəcə olaraq В«Azərbaycan ən təhlükəsiz bölgədirВ» deməklə yetindi.

Əslində Elman Abdullayev ranqında olan birisinin İsrailin əslində Azərbaycanın bir dövlət olaraq beynəlxalq aləmdəki nüfuzuna xələl gətirən məlum açıqlamasına hansısa ciddiyyətlə reaksiya verəcəyini gözləmək də yersiz idi. Hər halda, bu məsələlər Elman Abdullayevi aşan həddədir.

Elə redaksiyamıza daxil olan son xəbərlər də dediklərimizi təsdiqləyir. Belə ki, diplomatik qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalara görə, rəsmi Bakı Azərbaycan dövlətinin adının məlum В«qara siyahıВ»dan çıxarılması xahişi ilə Tel-Əvivə müvafiq qaydada müraciət ünvanlasa da, dərhal rədd cavabı alıb.

Məlumatlarda o da bildirilir ki, İsrail dövləti tərəfindən Azərbaycana hətta rəsmi izahat da verilib və həmin izahatdanet şəkildə qeyd olunur ki, Tel-Əviv üçün vətəndaşlarının təhlükəsizliyi daha vacibdir, nəinki hansısa dost ölkənin beynəlxalq aləmdəki imici…

Hər halda, son zamanlar İsraillə və mason çevrələrlə daha da mehriban münasibətdə olan YAP iqtidarının belə bir cavabı ala biləcəyi o qədər də inandırıcı görünmür. Amma fakt faktlığında qalır. Dünənə qədər В«yəhudilər özlərini Bakıda hətta İsraildəkindən də rahat hiss edirlərВ» şəklində açıqlama verən mason lojaları artıq Azərbaycanı arzuolunmaz təhlükəli ünvan kimi təqdim etməyə başlayıblar.

Onu da bildirək ki, bəzi qaynaqlar bunun tamam fərqli çalarda təqdim etməyə çalışırlar və onlara görə, əslində mason lojaları ilə münasibətlərin korlanması hadisəsi baş verməyib, sadəcə olaraq, Azərbaycanda İranın xüsusi xidmət orqanlarının aktivləşməsi belə bir addımı zəruri edib.

Amma istənilən halda “Avroviziya-2012” yarışmasına ev sahibliyi etməyə və bu səbəbdən on minlərlə tursti qəbul etməyə hazırlaşan rəsmi Bakı üçün belə bir “qaralama” heç də ürəkaçan deyil.


Geri qayıt