Əsas Səhifə > Cəmiyyət, Manşet > NAZİR CAVİD QURBANOVU CƏZALANDIRIB

NAZİR CAVİD QURBANOVU CƏZALANDIRIB


23-03-2012, 16:54
NAZİR CAVİD QURBANOVU CƏZALANDIRIB

«AZƏRYOLSERVİS» ŞEFİNİN GÜRCÜSTAN OLAYININ BƏDƏLİNİ ÖDƏDİYİ DEYİLİR

DİA.AZ: - Nəqliyyat Nazirliyinin xətti iə Gürcüstana ezam olunan 26 azərbaycanlı sürücünün qonşu ölkədə girov qalması «Azəryolservis»in şefi Cavid Qurbanovla nəqliyyat naziri Ziya Məmmədov arasında münasibətlərin korlanmasına səbəb olub.

Qeyd edək ki, bu günlərdə həmin sürücülər mətbuata müraciət edərək Gürcüstana Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində işləmək üçün ezam olunduqlarını, lakin artıq 4 aydır maaşlarını ala bilmədiklərini bəyan etmişdilər. Onlar vurğulamışdı ki, maaşlarını ala bilmədiklərindən evlərinə dönə bilmirlər və Gürcüstanda sanki girov saxlanılıblar.

Quba hadisələrindən sonra ikinci bir zərbə alan nəqliyyat naziri baş verənlərdən bərk qəzəblənib. Ziya Məmmədov Cavid Qurbanovun bu hərəkətinə cavab olaraq ona dərhal zərbə endirib. DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Ziya Məmmədovun qərarı ilə «Azəryolservis» yerləşdiyi binadan çıxarılır. Cavid Qurbanova 1 ay vaxt verilib ki, binadan çıxsın. Məlumatlara görə, Ziya Məmmədov «Azəryolservis»ə qardaşı Elton Məmmədova məxsus binalardan birində yer verəcəyi deyilir.


Geri qayıt