Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ NAZİRƏ VƏZİFƏ TƏKLİFİ GƏLDİ

KEÇMİŞ NAZİRƏ VƏZİFƏ TƏKLİFİ GƏLDİ


23-03-2012, 15:54
KEÇMİŞ NAZİRƏ VƏZİFƏ TƏKLİFİ GƏLDİ

NƏDƏN HEYDƏR BABAYEV İCRA BAŞÇISI OLMAĞA RAZILIQ VERMƏYİB?

DİA.AZ: - Bir neçə gün əvvəl mətbuata açıqlama verərək hansısa vəzifəyə təyin olunması ilə bağlı heç bir perspektiv görmədiyini bəyan edən sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, deyəsən, bəxt üzünə gülməyə başlayıb. Bu barədə redaksiyamızı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər qaynaq iddia edir ki, nazir postundan uzaqlaşdırılandan sonra vaxtının çoxunu bağ evində keçirən Heydər Babayevin təkrar vəzifəyə gətirilmə ehtimalları olduqca yüksəkdir.

Xtırladaq ki, 2008-ci ilin 15 oktyabr prezident seçkilərində yenidən ölkə başçısı seçilən İlham Əliyev yeni hökumətin tərkibini təsdiqlərkən Heydər Babayevi Nazirlər Kabinetindən kənarda saxladı və onun yerinə Şahin Mustafayev təsdiqləndi. Elə həmin ərəfədəcə yayılan məlumatlarda bildirilirdi ki, prezident Heydər Babayevi məhz «minnətdar olmaması» səbəbindən iqtidar düşərgəsindən çıxış edib.

Bununla bağlı yayılan məlumatlarda deyilirdi ki, Heydər Babayev özünün doğum günündə sağlıq deyərkən çatdığı mərtəbəyə görə həyat yoldaşına minnətdar olduğunu söyləyib və bu zaman hətta məclisdə iştirak edən məmurlar da Heydər Babayevin fikirlərinə etiraz olaraq oranı tərk ediblər. Bu xəbəri prezidentə çatdıranlar isə Heydər Babayevin nazirlik karyerasını da bitirməyə müvəffəq olublar.

Lakin bir başqa mənbələr isə iddia edirlər ki, prezident Heydər Babayevi sırf olaraq əxlaqi dəyərlərə görə postundan azad edib. Belə ki, onun oğlunun Londonda öz həmcinsi ilə ailə həyatı qurması xəbəri yayılıb və bu səbəbdən də Heydər Babayev «pis ata» kimi görəvindən alınıb. Hər halda, keçmiş nazirin «vurulmasının» əsl nədənlərini onun özü daha yaxşı bilir.

Onu da xatırladaq ki, Heydər Babayevin özü bu istefa göndərişi ilə bağlı həmin ərəfədə mətbuata açıqlama verərək bildirmişdi ki, vəzifə əbədi olmadığından yenidən nazir kürsüsünə təyin olunmamasına görə təəssüflənmir. Onun sözlərinə görə, hökumət üzvünün vəzifədə qalıb-qalmaması dövlət başçısının müstəsna səlahiyyətlərinə aid olduğundan öz postunu itirəcəyindən xəbərsiz olub: "Mən vaxtında öz xalqıma xidmət göstərmişəm. Prezidentin məni bu vəzifəyə yenidən təyin etməməsinə gəlincə, bu onun hüququdur". Eks-nazir hakimiyyətdən yeni vəzifə gözləyirmi? "Hakimiyyətdən heç bir vəzifə gözləmirəm. Yenə deyirəm, mən vaxtında bu dövlət üçün xidmətlərimi göstərmişəm".

Onu da bildirək ki, bir neçə gün əvvəl Heydər Babayevə jurnalistlər yenidən müraciət edərək onu hansısa vəzifəyə təyin edilib-edilməyəcəyi ilə sorğu-suala tutmuşdular. Və bu dəfə də sabiq nazir hansısa gözləntilərinin olmadığını bəyan etmişdi. İndi isə məlum olur ki, əslində bunlar səbəbsiz deyilmiş. Belə ki, artıq bu yöndə müəyyən hərəkətlənmələrin olması barədə DİA.AZ-a məlumatlar daxil olub.

Məlumatlarda deyilir ki, Heydər Babayevə hakimiyyət dairələrindən təklif gəlib. Maraqlıdır ki, keçmiş nazirdən Şirvan şəhərinin icra başçısı olması istənilib. Lakin o, bu təklifdən imtina edib.

Məlumatı verən mənbə bildirir ki, belə bir təklifin Heydər Babayevə verilməsi səbəbsiz olmayıb. Onun sözlərinə görə, son dövrlər ölkədə yaşanan gərginliklər hakimiyyətdə ciddi narahatlıqlar yaratmaqdadır. Vəziyyətin daha da gərginləşəcəyi və hadisələrin «ərəb baharı»nı dönə biləcəyi, Quba üsyanının miqyasının geneşilənə biləcəyi qorxusu iqtidar mənsublarının diqqətini ölkənin aparıcı şəhərlərinə yönəldib.

Mənbə iddia edir ki, Şirvanda vəziyyətin getdikcə pisləşməsi və hazırda icra başçısı, Müdafiə sənayesi nazir Yavər Camalovun qardaşı Mərdan Camalovun şəhəri idarə edə bilməməsi narahatlıq yaradıb. Gəncə və Sumqayıtdan artıq arxayın olan hakimiyyət, daha bir böyük şəhərin nəzarətini əlində saxlamaq üçün Heydər Babayevə üz tutub. Amma sabiq nazir işlərinin çoxluğunu bəhanə edərək təklifi geri çevirib.

Xatırladaq ki, indiyə qədər Azərbaycanda nazirin icra başçısı olması təcrübəsi bir neçə dəfə yaşanıb. Hal hazırda Beyləqanın icra başçısı İrşad Əliyev bir zamanlar kənd təsərrüfatı naziri postunda çalışıb.


Geri qayıt