Əsas Səhifə > --- > Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaqBu gün, 18:09 |
Ermənistan parlamentində "Şərəfim var" fraksiyasının təşəbbüsü ilə Baş nazir Nikol Paşinyana etimadsızlıq göstərilməsi haqqında qətnamə layihəsi üzrə dinləmələr keçiriləcək. "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında məlumat yerləşdirilib. "Sentyabrın 26-da saat 12:00-da parlamentin iclas zalında "Şərəfim var" fraksiyasının qərarı ilə dinləmələr keçiriləcək. Fraksiya tərəfindən təqdim edilən parlamentin "Milli böhran və dövlət idarəçiliyinin iflası haqqında" bəyanat layihəsi müzakirə ediləcək", - məlumatda bildirilib. Geri qayıt |