Əsas Səhifə > Hadisə, Manşet > VƏHABİLƏR SUMQAYITI İŞĞAL EDİB

VƏHABİLƏR SUMQAYITI İŞĞAL EDİB


22-03-2012, 15:30
VƏHABİLƏR SUMQAYITI İŞĞAL EDİB

NƏDƏN SUMQAYITDA VAHABİLƏR XÜSUSİ HİMAYƏ ALTINDA YAŞAYIRLAR?

DİA.AZ: - Sovet rejiminin dəmir pərdələri ortadan qaldırıldıqdan sonra Qərbdən və Şərqdən bu məkana ideoloji və iqtisadi təpkilər başladı. Bu hücumların sırasında dini təmayüllərlə bağlı cərəyanlar xüsusilə seçilirdi. Bu gün artıq yaşadığımız bölgədə? konkret olaraq Azərbaycanda sovet dönəmindən sonrakı İslam təmayüllərini üç kateqoriyaya bölə bilərik: "ənənəvi" İslam, "dövlət tərəfindən maliyyələşdirilən" İslam və "radikal" İslam. Bu sırada isə daha zərərli və daha çox diqqəti cəlb edən məhz üçüncü amildir:

Radikal İslam

DİA.AZ bildirir ki, "radikal" adlandırılan İslam tendensiyası bu dini təhriflərdən təmizləmək istəyən və bir çox halda da müəyyən siyasi məqsədlər güdən fəaliyyət qruplarını əhatə edir. Bu cərəyanın təmsilçiləri bütün regiona münasibətdə çox müxtəlif qrupları təmsil edirlər. Onların bəziləri "vahhabilər" kimi tanınır. Onlar Azərbaycanda da fəaliyyət göstərirlər, ancaq Şimali Qafqazdan fərqli olaraq, burada İran yönümlü siyasi şiə qrupları düşərgəsinin təmsilçiləri ilə rəqabət aparırlar. Dini situasiyaya İranın təsirindən danışarkən onu da açıq şəkildə qeyd etmək lazımdır ki, əhalisinin təxminən 75 faizinin özünü ənənəvi şiə hesab edən Azərbaycandan fərqli olaraq, İranın Şimali Qafqaz dindarlarına heç bir təsir etmək imkanı yoxdur, çünki buradakı əhalinin dini görüşləri şiəlikdən tamamilə fərqlənir. Elə Şimali Qafqazda oturuşmuş zərərli dini təmayülün təsiri altında da Azərbaycanda yeni bir təhlükə mənbəyi formalaşdı:

Vahabilik

Azərbaycanda vahhabiliyin ölkə üçün nə qədər təhlükəli ola bilməsi tez-tez müzakirə edilir ki, bu da sözü gedən cərəyanın gücündən və artıq ölkədə oturuşmuş bir sistemə çevrilməsindən xəbər verir. Təbii ki, bəzi ərəb xeyriyyə cəmiyyətləri tərəfindən himayə edilməsəydi, vahhabilik Azərbaycanda yayıla bilməzdi. Çeçenistan və Dağıstanda baş verən hadisələrin anatomiyasnı əsas götürərək onu da qeyd etmək vacibdir ki, vahhabiliyin Azərbaycanda yayılmasında daha çox maraqlı olan qüvvələr sırasında Rusiyanın kəşfiyyat orqanları da nəzərdə saxlanmalıdır. Sırf Azərbaycanda vahabiliyin oturuşması dövlətçilik təməllərimizə zərbə vrmaqla yanaşı, Kremlə həm də ölkəmizdə etnik separatizmin yüksəlişinə rəvac vermək üçün lazımdır. Təsadüfi deyil ki, 1992-2001-ci illərdə Azərbaycana təhkim olunan vahabilərin mərkəzləri "Əl-İqasa", "İslam Konqresi", "İslam dünyası", "Vahhabi tövbəsi", "Nicat"", "Əl-Xeyriyyə" və digər adlar altında Rusiyada, Dağıstanda fəaliyyət göstərirdi. Bu gün isə artıq bu dini qrup Azərbaycanda-həm də müxtəlif bölgələrdə yerləşib. Həm də problem artıq elə bir həddə çatıb ki, rəsmi dairələr belə bu faktı qəbul etmək məcburiyyətindədir.

Sumqayıt vahabilərin mərkəzinə çevrilib

Paytaxtda və şimal rayonlarında olan dayaqları məhv edildikdən sonra vahabilər vahid mərkəzdən idarəli şəkildə bütün qruplarını Sumqayıtda cəmləşdirməyə başladı. İkinci dalğa üçün bu şəhərin seçilməsi heç də təsadüfi sayılmamalıdır. Əvvəla, zaman göstərdi ki, rəsmi hakimiyyət bütün məsələlərdə olduğu kimi vahabi probleminə də ancaq özünə təhlükə gördükdə müdaxilə edir. Paytaxtda məhz bu səbəbdən, şimalda isə Rusiyanın sifarişi ilə məlum əməliyyatlar keçirilmişdi. Bu baxımdan Sumqayıtda vahabiliyin oturuşması milli dövlətçiliyimizdən başqa heç kimə problem yaratmır. Bu problem isə Azərbaycan hakimiyyəti üçün maraqlı deyil. Belə olmasaydı bu gün Sumqayıt şəhərində çoxlu sayda dini mağazalar açan və bütün günü öz inamlarını təbliğ edən audio yazılışları səsləndirən vahabilər bu qədər sərbəst olmazdı. Bütün müsəlman ölkələrini "kafirlər torpağı" və bütün müsəlmanları "kafir" bilən belə adamlar "kafirlik"dən qurtarmaq üçün hicrət edirlər. Amma bu işin maraqlı tərəfi budur ki, bu adamlar nə üçünsə hicrətə başqa yerə deyil, məhz Böyük Britaniyaya gedirlər. Sumqayıt şəhərinin bir neçə dini mağazasında ötəri reyd aparmaq kifayətdir ki, bu "müsəlman obyekti"ndə "made in UK" nişanlı malların üstünlüyü üzə çıxsın. Belə radikal qrupların şəhərin gənc və yeniyetmə sakinlərini də öz tərəfinə çəkə bilməsinin bir səbəbi də onların xeyli sayda internet mərkəzlərinə sahib olması və bu mərkəzlərə gələnlərə öz dini saytlarını təbliğ etməsidir. Belə saytlar bu insanlarda ətraf aləmə yalan baxışlar formalşadırır və sonradan elə bu adamlar həmin yalan təsəvvürün də qurbanı olurlar. Aldığımız məlumatlara görə Sumqayıtda vahabiliyi qəbul edənlər ya hansısa işlə təmin edilir, ya da bu iş tapılana qədər onlara aylıq müavinət verilir. Bu isə sosial-iqtisadi baxımdan ağır bir dövr keçirən sumqayıtlılar üçün əsl tələdir...


Geri qayıt